Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-332/2023 14.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Arıqdam kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-413/2023 saylı icra sənədinə əsasən, məişət zorakılığından zərərçəkmiş şəxsə 180 gün müddətə, yəni, 16 mart 2023-cü il tarixdən-16 sentyabr 2023-cü il il tarixədək mühafizə orderi verilmiş, Şəxs məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxsə narahatlıq yaradan hərəkətlərin edilməsi qadağan edilmişdir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-332/2023 saylı qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-600/2023 saylı qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 3(042)-332/2023 saylı qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 3(042)-332/2023 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-413/2023 saylı icra sənədinə əsasən, məişət zorakılığından zərərçəkmiş şəxsə 180 gün müddətə, yəni, 16 mart 2023-cü il tarixdən-16 sentyabr 2023cü il il tarixədək mühafizə orderi verilmiş, ona məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxsə narahatlıq yaradan hərəkətlərin edilməsi qadağan edilmişdir. O, Gədəbəy rayonu, Arıqdam kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Tələbkar yeni ailə həyatı qurmuşdur. Tələbkar həmin evdə yaşamır. Evdə olan əşyalarını götürmək üçün məcbur olub evin qapısının kilidini dəyişərək evə girib əşyalarını götürmüşdür. Evin yeni açarlarını da tələbkara təqdim etmişdir. Həmçinin evdə yaşayış olmadığına görə evin işıqlarını söndürmüşdür. O, tələbkara heç bir maneçilik törətməmişdir. Ümumiyyətlə aralarıda mübahisə olduğuna görə o həmin mübahisəli fərdi yaşayış evinə getmir. Müdafiəçi Şəxs məhkəmə iclasında izahat verərək, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Ruslan Rüstəmov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-413/2023 saylı icra sənədinə əsasən, məişət zorakılığından zərərçəkmiş şəxsə 180 gün müddətə, yəni, 16 mart 2023-cü il tarixdən-16 sentyabr 2023-cü il il tarixədək mühafizə orderi verilmiş, Şəxs məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxsə narahatlıq yaradan hərəkətlərin edilməsi qadağan edilmişdir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs narahatlıq yaradan hərəkətlərin edilməsinə qadağa qoyulmuşdur. Tələbkar bundan sonra çox saylı şikayətlər edərək borclu tərəfindən onlara yenidən narahatlıq yaradıldığını bildirmişdir. İcra sənədinin icrası ilə bağlı Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin rəisi mübahisəli evə getmiş və aşkar edilmişdir ki, evin işıqları yanmır. Borclu evdə yaşayış olmadığına görə işıqları söndürdüyünü bildirmişdir. Həmçinin borclu Şəxs mübahisəli evin giriş qapısını sındırmışdır. Ona görə də, borclunun barəsində protokol tərtib edilmişdir. Şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-413/2023 saylı icra sənədinə əsasən, məişət zorakılığından zərərçəkmiş şəxsə, yəni ona 180 gün müddətə, yəni, 16 mart 2023-cü il tarixdən-16 sentyabr 2023-cü il il tarixədək mühafizə orderi verilmiş, Şəxs məişət zorakılığının təkrar törədilməsi, ona narahatlıq yaradan hərəkətlərin edilməsi qadağan edilmişdir. Onlar məhkəmə qətnaməsi əsasında icra məmurları vasitəsi ilə mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Borclu onlar evdə olan zaman evin suyun kəsmiş, evin giriş qapısına qaynaq vurmuş, kilidini dəyişmiş, işıqlarını söndürmüş, kombini qırmış onlara qarşı nalayiq ifadələr işlətmişdir. Yaşadıqları evdə işıq 2023-cü ilin avqust 18-də sönmüş və sentyabr ayının 23-də yanmışdır. Borclu onların həmin evdə yaşamaqlarına maneçilik törədir. O, ikinci dəfə ailə qurmamışdır. Borclunun bu barədə bildirdikləri yalandır. Odur ki, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)- 413/2023 saylı icra sənədinə əsasən məişət zorakılığından zərərçəkmiş şəxsə 180 gün müddətə, yəni 16 mart 2023-cü il tarixdən-16 sentyabr 2023-cü il tarixədək müfafizə orderinin verilməsi qət edilmiş və Şəxs məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxsə narahatlıq yaradan hərəkətlərin edilməsi qadağan edilmişdir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış, həmin tarixdə Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-413/2023 saylı icra sənədi üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, borclu Şəxs mübahisəli fərdi yaşayış evinin giriş qapısının kilidini dəyişməklə, işıqlarını söndürməklə və tələbkarın həmin evdə yaşamasına narahatçılıq yaradan digər hərəkətlər etməklə icra sənədini üzrsüz icra etmir və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlər inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarların icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 14 noyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə və Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-332/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-332/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver