Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-332/2025 02.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində Gədəbəy rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025ci il tarixli, MN seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayon Polis Şöbəsinin barəsində olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarını ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onun əsaslandırmışdır ki, Gədəbəy rayon Polis Şöbəsinin 13 oktyabr 2025-ci tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Əsas olaraq göstərilib ki, guya o, X5 döymüşdür. Halbuki, o özü döyülmüş və xəsarətlər almışdır. Anasının ayağı sındırılmışdır. O, Gədəbəy rayon Polis Şöbəsinin bu qərarı ilə razı deyildir. X3 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Gədəbəy rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Gədəbəy rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti nəzərdə keçirərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan : - Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə qohumu X6 döydüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. - Gədəbəy RPŞ-nin İB-nin müstəntiqi X8 tərəfindən qəbul edilmiş cinayət işin üzrə sübutların qiymətləndirilməsi haqqından qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmılması məsələsinə baxılması üçün qərarın surəti RPŞ-nin İTB-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 xx.xx.2025-ci il tarixdə qohumu X6 döyməklə sağlamlıq əleyhinə olan inzibati xəta törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Belə ki, X2 əməlində sözgedən inzibati xəta tərkibinin olması Gədəbəy RPŞ-nin İBnin müstəntiqi X8 tərəfindən qəbul edilmiş cinayət işin üzrə sübutların qiymətləndirilməsi haqqından qərar və həmin qərar əsasında başlanılmış inzibati xəta haqqında material ilə təsdiqini tapır. Eləcə də, X3 şikayətini əsaslandıran hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Ona görə də toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, X2 barəsində Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır, qərarın ləğv edilməsinə heç bir əsas yoxdur. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 48, 114-115, 128-130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X2 barəsində tərtib edilmiş Gədəbəy rayon Polis şöbəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(042)-332/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-332/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver