Məhkəmə qərarları › İş №3(042)-333/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-333/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-333/2025 02.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. Barəsində olan qərardan narazıdır. O, X2 döyməmişdir. Əksinə onu döymüş və xəsarətlər yetirmişlər. Ona görə də qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında əməkdaşlarının iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Gədəbəy RPŞ-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy RPŞ-nin İB-nin müstəntiqi Yolçu Heydərovun 26 avqust 2025-ci il tarixli qərarından görünür ki, X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan inzibati tənbeh vermə haqqında MN 10696222 nömrəli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 157-cü maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinmiş və ona 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, şikayətçinin inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar