Məhkəmə qərarları › İş №3(042)-336/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-336/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-336/2024 25.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs və Gədəbəy rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayan, fərdi əmək ilə məşğul olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 525ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gədəbəy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gədəbəy rayon prokuroru vəzifəsini icra edən, Şəmkir rayon prokurorunun müavini ədliyyə müşaviri X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon məhkəmələri baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 08 oktyabr 2024-cü il tarixdə Arzu ilə sonuncunun yaşadığı evə gəlmişlər. Arzu Qəşəm adlı şəxsə həyətində olan odunları 115 manata satmış, Qəşəm Arzuya 15 manat beh vermiş və qalan pulu isə verəcəyini bildirmişdir. Daha sonra o Arzu ilə birlikdə Qəşəmin avtomobili ilə Gədəbəy rayonu, Qasımlı kəndində yerləşən çayın kənarına getmişlər. Qəşəm isə ayrılıb öz evlərinə getmişdir. Çayın kənarında yerləşən stolda İbrahim, Arzu, Bəhmənyər və Namiq 20 qəpikdən qumar oynamağa başlamışlar. Bundan sonra Araz gəlmiş və o da oynamağa başlamışdır. O, kənarda dayanıb söhbət emişdir. Adını çəkdiyi şəxslər təxminən 10-15 dəqiqə ərzində kart oynamış və sonra oradan ayrılmışlar. O həmin zaman qumar oynamamışdır. Prokurorluqda Arazın ölümü ilə əlaqədar aparılan araşdırma zamanı ifadə vermiş, həmin zaman məhkəmə iclasında olduğu kimi ifadə vermiş, qumar oynamadığını bildirmişdir. O oxuyub-yaza bilmədiyinə görə ifadəni oxuya bilməmiş, ifadəsini alan şəxs ifadəni ona oxumamış, onddan ifadəyə qol çəkməsini tələb etmiş və qol çəkmişdir. O, qumar oynamamışdır Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon prokurorluğunun icraatında olan Azərbaycan Respublikası CM-nin 124.1, 180.2.1 və 180.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, 08 oktyabr 2024-cü il tarixdə saat 16-17 radələrində rayonun İnəkboğan kənd sakini Şəxs tanışları X15, X10, X1, X7 və X8 ilə birlikdə Qasımlı kəndi ərazisində xırda məbləğdə puldan qumar oyunu olan kart oynamışdır. Bu kimi hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM- nin 525ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Qumar oyununda iştirak etmə) törətmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM- nin 525-ci maddəsi ilə inzibati icraatın başlanması məsələsinə baxılması prokurordan xahiş edilmişdir. Gədəbəy rayon prokuroru vəzifəsini icra edən Anar Haqverdiyevin xx.xx.2024-cü il tarixli qərarla, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. İstintaqı aparılan cinayət işi X11 ölümü ilə əlaqədardır. İş üzrə maddi sübut əhəmiyyəti daşıyan pul və kart Araz Qasımovun üzərində olmuşdur. Həmin maddi sübutlar cinayət işi üzrə ekspertizaya təqdim olunduğundan məhkəməyə təqdim edilə bilməmişdir. Şəxs qumar oyununda iştirak etməsi istintaq zamanı verdiyi ifadəsi, həmçinin qumar oyununda iştirak etmiş digər şəxslərin ifadəsi ilə təsdiqini tapır. Odur ki, Şəxs İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materialda olan; - Gədəbəy rayon prokurorluğunun müstəntiqi Məftun Şahverdiyev tərəfindən Gədəbəy rayon prokurrona ünvanlamış xx.xx.2024-cü il tarixli təqrirdən görünür ki, Gədəbəy rayon prokurorluğunun icraatında olan Azərbaycan Respublikası CM-nin 124.1, 180.2.1 və 180.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı zamanı Şəxs Azərbaycan Respublikası İXM- nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (Qumar oyununda iştirak etmə) törətməsi aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, qumar oyununda iştirak etmək, yəni qumar oynamaq inzibati məsuliyyətə səbəb olan əməldir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin qeyd hissəsinin 1-ci hissəsinə görə isə həmin Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Qeyd edilən normaların tələbinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilən sənədlərdən və işin araşdırılmış hallarından Şəxs inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilən vaxtda və yerdə, yəni 08 oktyabr 2024-cü ildə Gədəbəy rayonu, Qasımlı kəndində yerləşən çayın yaxınlığında qumar oynaması öz təsdiqini tapmır. Belə ki, səlahiyyətli şəxs tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas X11 ölümü ilə əlaqədar açılmış cinayət işi üzrə Gədəbəy rayon prokurorluğundan aparılan istintaq zamanı alınmış şahid ifadələri olmuşdur. Şəxs istintaq zamanı verdiyi ifadəsində qumar oyununda iştirak etməsi qeyd edilsə də, oxuyub-yaza bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini oxumadan qol çəkdiyini, qumar oyunu zaman orada olduğunu, lakin qumar oynamadığını bildirmişdir. Şəxs qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə qanunverici "Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar onun təqsirli bilinməsi əsası ilə qəbul edilmişdir. Belə ki, həmin inzibati xəta Şəxs inzibati xətanın aşkar olunduğu yerdə olsa da iş materiallarına əlavə edilmiş sənədlərdə hadisəsinin məhz Şəxs tərəfindən də törədilməsini müəyyən etmək qeyri-mümkündür. Bu halda isə inzibati orqanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi qənaətinə gəlməsi yalnız mülahizəyə əsaslanmışdır. Həmçinin inzibati xəta haqqında materialda olan sözügedən cinayət işinin ibtidai istintaqı zamanı alınmış digər şahid ifadələri də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinməsinə əsas vermir. Bundan başqa inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlərin - maddi sübutların aşkar edilməsi, götürülməsi və saxlanılması ilə əlaqədar hər hansı sübutlar materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cümaddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət vəya protest verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar