Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-337/2020 24.11.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Kəlaman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gədəbəy rayonu, Kəlaman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında heç bir əsaslı səbəb olmadan birgə yaşayış qaydalarına zidd hərəkət etməklə səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onun bu hərəkətlərinin qarşısı alınmasına və nizam-intizama dəvət etməyə çalışan polis əməkdaşı X4 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1988-ci ildə Gədəbəy rayonun Kəlaman kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. O, qış fəsli üçün evinə odun gətirmişdir. Polislər onunevinə gələrək odun aparmağının sənədsiz olduğunu bildirmişlər. O, meşəbəyidən həmin odunla bağlı bilet alaraq birinci gün polis şöbəsinə verməyə gəlmişdir. Özüdə bilmədən Polis şöbəsində Asəf Mirzəyevin otağına əli cibində girmişdir. Asəf Mirzəyev ona qışqıraraq əlini cibindən çıxarmağını irad bildirmiş,o isə əlini cibindən çıxararaq çölə çıxıb gözləmişdir. O, savadsızlığından əli cibində otağa daxil olduğunu bilməmişdir. Onun qulağında zəiflik vardır. Həmdə o, nevroloji xəstədir. İl yarımdır ki Gəncə şəhəri mərkəzi xəstəxanasında müalicə alır. O, həmin vaxt heçbir polis əməkdaşını söyüb təhqir etməmişdir. Ona irad bildiriləndə isə otağdan çıxaraq sakit şəkildə çöldə gözləmişdir. Otaqdan çöldə olduğu müddətdə o, qışqırmamış, hətda sonradan otağa daxil olaraq Asəf Mirzəyevdən üzrdə istəmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2010-cu il tarixdən DİO-da xidmət etməklə xx xxxxxxxx 2016-cı il tarixdən Gədəbəy rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində işləyir. O, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində xidməti otağında İTB-nin rəisi, polis polkovnik-leytenantı Yaşar Hüseynov və TB-nin təhqiqatçıları, polis mayoru Asif Ələkbərov və polis baş leytenantı Hikmət Cəfərli ilə söhbət edən zaman adını sonradan bildiyi Gədəbəy rayonu Kəlaman kənd sakini Şəxs polis şöbəsinə izahatı alınması üçün gəlmiş, əli cibində içəri daxil olduqda oŞəxs əlini cibindən çıxarmasını bildirmişdir.Sonra Şəxsotaqdan çıxmış və yenidən otağa daxil olaraq- “harada yazılıb ki, mən rayon polis şöbəsində əlimi cibimdən çıxarmalıyam, yaxşı edib çıxarmıram” - deyib ucadan qışqırmaqla əlini cibindən çıxarmamışdır. Həmin vaxt İTB-nin rəisi, polis polkovnik-leytenantı Yaşar Hüseynov və o, Şəxs əli cibində içəriyə girməyin etik qaydalara uyğun olmadığını izah etmək istədikdə Şəxs yenidən - “yaxşı edirəm, siz kimsiniz ki mənə göstəriş verirsiniz, əlimi də cibimdən çıxarmayacam, ona görə siz mənə heç nə edə bilməzsiniz” - deyib ucadan qışqırmaqla ünvansız nalayiq söyüşlər söyərək qərəzli hərəkətlərini davam etdirib qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sonradan gələrək üzr istəməyə cəhd göstərmişdir. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.2020-ci il tarxidə saat 15 radələrində TB-nin rəisi Asəf Mirzəyevin xidməti otağında olarkən TB-nin təhqiqtaçısı polis mayoru Asif Ələkbərov və polis baş leytebabtı Hikmət Cəfərli ilə söhbət etmişdir.Həmin vaxt sonradan adını bildiyi Gədəbəy rayonu Kəlaman kənd sakini X7 əli cibində içəri daxil olmuş TB-nin rəisi Asəf Mirzəyev həmin vətəndaşa əlini cibindən çıxarmasını bildirmişdir. Sonra Şəxs otaqdan çıxmış və yenidən otağa daxil olaraq "haraya yazılıb ki, mən rayon polis şöbəsində əlimi cibimdən çıxarmalıyam ,yaxşı edib çıxarmıram"deyib ucadan qışqırmaqla, əlini cibindən çıxarmamış, həmin vaxt o, Şəxs əli cibində içəriyə girməyin,etik qaydalara uyğun olmadığnı bildirmək istədikdə Şəxs yenidən "yaxşı edirəm siz kimsiziniz ki,” deyərək gödəkçəsinin ciblərini göstərərək bu cibin nədən ötrü olduğunu deyib ucadan qışqırmaqla ünvansız nalayiq söyüşlər söyərək qərəzli hərəkətlərini davam etdirib qanuni tələbinə qəsdən tabe olmamışdır. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2002-ci ildən DİO-da xidmət etməklə xx xxxx 2019-cu ildən Gədəbəy rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. Şəxs əvvəllər tanımamışam və onunla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır.xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Şəxs həyətində olan odunla bağlı biletini gətirərək ona təqdim etmişdir. Mən Şəxs izahatını almaq üçün və həmin oduna dair bileti Təhqiqat Bölməsinin rəisinə təqdim etmək üçün xidməti otağa gəlmiş, xidməti otaqda İTB-nin rəisi, polis polkovnik-leytenantı Yaşar Hüseynov və TB-nin təhqiqatçıları, polis baş leytenantı Hikmət Cəfərli, Təhqiqat Bölməsinin rəisi, polis mayoru X9 ilə xidməti otaqda söhbət etdiklərini görmüşdür. O, xidməti otağa daxil olub Şəxs gəlməsini və oduna dair bilet gətirməsini bildirmişdir. Həmin vaxt Şəxs əli cibində içəri daxil olduqda Asəf Mirzəyev ona irad tutub əlini cibindən çıxarmasını bildirmiş, Sonra Şəxs otaqdan çıxmış və yenidən otağa daxil olaraq “yaxşı edib çıxarmıram” deyib ucadan qışqırmaqla əlini cibindən çıxarmamış və “bura haradır ki, mən əlimi cibimdən çıxarmalıyam, harada yazılıb mənə göstərin” demişdir. Həmin vaxt İTB-nin rəisi, polis polkovnik-leytenantı Yaşar Hüseynov və X16 Hacıyevə izah etməyə çalışdılar ki, əli cibində içəriyə girmək və qarşısındakı şəxslə elə qaydada söhbət etmək etik qaydalara uyğun deyil. Şəxs onların sözlərinə məhəl qoymayıb yenidən “yaxşı edirəm, siz kimsiniz ki mənə göstəriş verirsiniz, əlimi də cibimdən çıxarmayacam, ona görə siz mənə heç nə edə bilməzsiniz, mən özüm yaxşı bilirəm əlimi harada cibimə qoymalıyam və harada çıxarmalıyam, mənə ağıl öyrətməyin, işinizlə məşğul olun” deyib ucadan qışqırmaqla Yaşar Hüseynovun və Asəf Mirzəyevin ünvanına nalayiq ifadələr işlədərək qərəzli hərəkətlərini davam etdirib polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. X2 məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi Firudinzadə Firudintərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında heç bir əsaslı səbəb olmadan birgə yaşayış qaydalarına zidd hərəkət etməklə səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onun bu hərəkətlərinin qarşısı alınmasına və nizam-intizama dəvət etməyə çalışan polis əməkdaşı X4 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Gədəbəy rayon Polis şöbəsinin inzibati binasında heç bir əsaslı səbəb olmadan birgə yaşayış qaydalarına zidd hərəkət etməklə səs-küy salaraq, ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin onun bu hərəkətlərinin qarşısı alınmasına və nizam-intizama dəvət etməyə çalışan polis əməkdaşı X4 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəinzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini, və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:10 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-337/2020
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-337/2020
24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver