Məhkəmə qərarları › İş №3(042)-337/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-337/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-337/2023 03.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, qərardan şikəyət verən şəxs X2 iştirakı ilə X2 Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,o, Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin qərarla 300 manat inzibati qaydada cərimə edilmişdir. X4 ilə aralarında münaqişə yaranmış və daha sonra münaqişə aradan qalxmışdır. Onlar barışmışlar. Barəsində olan qərar qanunsuzdur. Qərar ona 13 sentyabr 2023-cü il tarixdə verilmiş və o, 19 sentyabr 2023-cü il tarixdə qərardan şikayət vermişdir. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, olar məhkəmə iclasına əməkdaşlarının iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan X10 Protokoldan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə qonşusu X5 döyməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş X10 iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən X10 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X10 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X10 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X10 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X10 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, X2 Gədəbəy RPŞ-nin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından xəbəri olmamış, o, qərarı 13 sentyabr 2023-cü il tarixdə əldə etmiş və qanunda nəzərdə tutulmuş müddətdə şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, zərərçəkmişin X2 inzibati məsuliyyətə cəlb edilməsi haqqında ərizəsi yoxdur. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar