Məhkəmə qərarları › İş №3(042)-340/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-340/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-340/2020 02.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1 və X3 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Söyüdlü kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.2-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə saat 17:40 radələrində karantin rejiminin və polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Söyüdlü kəndinin mərkəzində yerləşən marketə girmiş, həmin vaxt polis əməkdaşları ona maskasını düzgün istifadə etmədiyi üçün irad bildirmiş, maskanı qaldırmasını xahiş etmişlər. Lakin o, maskanı qaldırmaqdan imtina etmiş, polis əməkdaşları ilə mübahisə etmiş və onları nalayiq söyüşlərlə söymüşdür. Polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəmiş, lakin o qaçmış, onların tələblərinə tabe olmamış və avtomobilə minməmişdir. Etdiyi əməldən peşmandır. Ona görə də ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Söyüdlü kəndinin mərkəzində yerləşən marketə girmiş, həmin vaxt onlar Şəxs maskasını düzgün istifadə etmədiyi üçün irad bildirmiş, maskanı qaldırmasını xahiş etmişlər. Lakin o, maskanı qaldırmaqdan imtina etmiş, onlarla mübahisə etmiş və onları nalayiq söyüşlərlə söymüşdür. Polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəmiş, lakin o qaçmış, onların tələblərinə tabe olmamış və avtomobilə minməmişdir. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 eyniməzmunlu izahat vermişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə karantin rejiminin və polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 211.2-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İşdə olan X6 Haqqında Protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:10 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 30.3-cü maddəsinə əsasən X6 müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 33.1.6. inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi məsuliyyəti ağırlaşdıran hallardır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmişlərin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə karantin rejimini pozmuş polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüş, polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, belə qənaətə gəlir ki, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini, əməlin pandemiya və hərbi vəziyyət dövründə törədilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx xxxxxx 2020-ci il, saat 2010-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar