Məhkəmə qərarları › İş №3(042)-341/2020

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-341/2020

02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-341/2020 02.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 517-2.1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində xüsusi icazə vəsiqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə olmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşı Gədəbəy rayon Polis şöbəsinin İTB-nin rəisi polis polkovnik-leytenantı X3 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikasının İXM-in 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1976-cı il tarixdə Gədəbəy rayonu, Qaradağ kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Onun iki oğlu vardır. Oğlunun biri könüllü hərbi xidmətdədir. xx xxxxxx 2020-ci il tarixdə axşam Gədəbəy şəhərində yerləşən “Görüş” kafesində dostları Elnur və Samirlə yeyib, üç nəfərə bir şüşə araq içmişlər. Onlar yeyib-içməyi davam etdirmək üçün onun evinə gəlmişlər. Siqaret almaq üçün Elnur və Samir mağazaya getmişlər. Bir neçə dəqiqə sonra ona zəng vurmuşlar ki, komendant saatını pozduqlarına görə onları polis şöbəsinə aparıblar. O, polis şöbəsinə gəlmiş və qələbə günü münasibəti ilə yeyib içdiklərini bildirmiş, səs-küy salmışdır. Bundan sonra olan hadisələr onun yadında qalmamışdır. O, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 1990-ci ildən DİO-da, 2019-cu ildən isə RPŞ-nin İTB-nin rəisi vəzifəsində xidmət edir. 0xx.xx.2020-ci il tarixdə saat 23:20 radələrində Gədəbəy RPŞ-nin xidməti otağında olduğu zaman növbətçi hissənin qarşısında səs-küy olduğunu eşidib xidməti otağından növbətçi hissənin qabağına gəlmişdir. Orda adını sonradan bildiyi Gədəbəy şəhər sakini Şəxs sərxoş vəziyyətdə növbətçi hissənin qarşısında ucdan polis əməkdaşlarının ünvanına nalayiq ifadələrlə söyüşlər söymüşdür. O, Şəxs irad bildirdikdə Şəxs – “siz ermənisinizmi, sizə deyirəm mən deyən adamı buraxın getsin, mənim uşağımın ad günüdür, orda yeyib içmişik. Sizin atanız ermənidir, sizin alnınızın gülləsi əskikdir” demişdir. Şəxs arxasınca gəldiyi Gədəbəy şəhər sakinləri Elnur və Samir komendant saatı rejimini pozduqlarına görə həmin şəxslərin barələrində müvafiq sənədləşmə aparıldığı və ona görə də sakitləşib yaşadığı ünvana getməsi izah olunmuşdur. Onlar Şəxs şakitləşdirib nizman-intizama dəvət etməyə çalışsalar da Şəxs kobud formada hərəkətlərini davam etdirmişdir. Şəxs öz qanunsuz hərəkətlərini davam etdirməklə şöbənin iş rejimini təxminən 30 dəqiqə müddətində pozaraq Şəxs nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. X2 məhkəmə iclasına izahat verərək bildirdi ki, 2010-cu ildən DİO-da xidmət etməklə xx xxxxxxxx 2016-cı il tarixdən Gədəbəy rayon Polis Şöbəsinin TB-nin rəisi vəzifəsində işləyir. 01dekabr 2020-ci il tarixdə RPŞ-nin əməliyyat –istintaq qrupunun rəhbəri kimi xidmətdə olmuşdur. Həmin gün saat 23:20 radələrində xidməti otağında olarkən növbətçi hissənin qarşısında qışqırıq səsləri eşidib otaqdan çölə çıxmış və Gədəbəy şəhər sakini Şəxs ucadan qışqıraraq nalayiq söyüşlər söydüyünü görmüşdür. Həmin vaxt İTB-nin rəisi, polis polkovnik-leytenantı Yaşar Hüseynov Şəxs irad bildirib RPŞ-nin inzibati binasında sakit dayanıb döyüş söyməməsini bildirmişdirlər. Lakin Şəxs tutulan iraddan nəticə çıxarmayıb - “siz ermənisinizmi, sizə deyirəm Elnur və Samir adlı şəxsləri buraxın, onlar mənin evimdə yeyib içiblər” deyərək nalayıq söyüşlər söyməkdə davam edərək RPŞ-nin inzibati binasında iş rejimini pozmuşdur. Eyni zamanda qanunsuz hərəkətlərini davam etdirməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. X1 məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatı ilə eyni məzmunlu ifadə verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi Firudinzadə Firudin tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə xüsusi icazə vəsiqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə olmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:20 radələrində orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində xüsusi icazə vəsiqəsi və şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə olmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşı Gədəbəy rayon Polis şöbəsinin İTB-nin rəisi polis polkovnik-leytenantı X3 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu şahid ifadələri, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-in 517-2.1-ci maddəsinə əsasən, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin məcəllənin İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Həmin məcəllənin 34.1, 34.2 və 34.3-cü maddələrinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:25 radələrində inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 23:25-dən hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar