Məhkəmə qərarları › İş №3(042)-341/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-341/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-341/2024 27.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi və qərardan şikəyət verən şəxs X1 iştirakı ilə X1 AR DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli EQ 10788367 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli EQ 10446851 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, AR DİN BDYİ-nin xx.xx.2022-ci il tarixli EQ 10788367 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.9-1-ci maddəsi ilə təqsirli bilinərək, cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında elektron qərar “VAZ 21063 MİNİK” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə qəbul edilmişdir.O, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(042)- 6 2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci madəsi ilə təqsirli bilinərək, 1 il müddətə azadlıqdan məhrum edilmişdir. O, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Onun xx.xx.2022-ci ildə inzibati xətanı törətməyi qeyri-mümkün idi. Həmin nəqliyyat vasitəsinə dair onun adına sürücülük etibarnaməsi verilmiş, məhz həmin etibarnaməyə görə cərimələr onun adına gəlmişdir. Həmin inzibati xətaya görə məsuliyyəti o, daşımalı deyil və hesab edir ki, barəsində olan xx.xx.2022-ci il tarixli, EQ 10788367 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Həmin nəqliyyat vasitəsinin hazırda kimi istifadəsində olması barədə məlumatı yoxdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir Məhkəmə iclasının yeri və vaxtı barədə AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin çıxardığı inzibati tənbeh verilmə haqqında xx.xx.2022-ci il tarixli, EQ 10788367 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 339.9-1-ci maddəsinə əsasən inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan Arayışdan görünür ki, X3 31 mart 2022-cü il tarixdən 31 mart 2023-cü il tarixədək cəzaçəkmə müəssisəsində olmuşdur. Azərbaycan Respublikası İXM-nin 339.1-1. Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X4 31 mart 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək cəzaçəkmə müəssisəsində olmuşdur. Yəni, o,həmin əməli törətməmişdir. Ona görə də şikayət təmin edilməli, xx.xx.2022-ci il tarixli, EQ 10788367 saylı inzibati tənbeh verilmə haqqında qərar ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 10788367 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar