Məhkəmə qərarları › İş №3(042)-344/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-344/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-344/2023 25.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin 07 dekabr 2016-cı il tarixli, 2(041)- 1506/2016 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs "xxxx" ASC-nin xeyrinə 25 sentyabr 2015-ci il tarixli, 586/15-QDTİB saylı kredit müqaviləsi üzrə 62251.50 ABŞ dolları məbləğində əsas borc, 4501.81 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 66773 (altmış altı min yeddi yüz yetmiş üç) ABŞ dolları 31 (otuz bir) sent məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalı və Şəxs məxsus ** TB *** qeydiyyat nömrə nişanlı, 1999-cu il buraxılışlı, yaş asfalt rəngli “Mercedes-Benz 0350” markalı (mühərrik: **********4685, ban NMB **********7862) və ** CP *** qeydiyyat nömrə nişanlı, 2002-ci il buraxılışlı, ağ rəngli “Mercedes-Benz 0403” markalı (ban NMB **********0875) avtobuslar açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğ cavabdeh Şəxs tutulmalı olan 66773 (altmış altı min yeddi yüz yetmiş üç) ABŞ dolları 31 (otuz bir) sent məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsinə yönəldilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq protokola əlavə edilsə də, həmin bildiriş və xəbərdarlığın borcluya göndərilməsini və ya ona çatmasını təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Bundan başqa məhkəmə qətnaməsi ilə borcluya məxsus avtomobilin açıq hərracda satılaraq borc məbləğinə yönədilməsi qət edilsə də, icra məmuru tərəfindən qətnamənin bu hissədə icra edilib-edilməməsi, əgər icra edilmişdirsə həmin açıq hərracdan əldə edilmiş məbləğin borc məbləğinə yönəldilib-yönəldilməməsi barədə inzibati xəta haqqında materiala heç bir sənəd əlavə etməmişdir. Həmçinin icra sənədi uzun müddətdir ki, icra mərhələsində olmasına baxmayaraq borclunun barəsində hər hansı digər məcburi icra tədbirləri görülməmiş, icra sənədi verildiyi tarixdən indiyədək borcludan yalnız bir dəfə - xx.xx.2023-cü il tarixdə izahat alınmış, vaxt verilmədən həmin gündə də inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş materialları natamam hesab edir və eləcə də qeyd edir ki, icra sənədinin borclu tərəfindən icra edilməsi üçün icra məmuru tərəfindən bütün zəruri tədbirləri həyata keçirməməsi borclunun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmasının müəyyən edilməsində əsaslı şübhələr yaranmasına səbəb ola bilər. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında material natamam hesab edərək geri qaytarılması qənaətinə gəlir. İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar