Məhkəmə qərarları › İş №3(042)-346/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-346/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-346/2023 28.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1980-ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonu, Novosaratovka kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə Gədəbəy RPŞ-nin X10 Bölməsindən daxil olmuş X7 materiala baxaraq, müəyyən etdi: Gədəbəy RPŞ-nin X10 Bölməsindən barəsindən X7 icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kənd sakini X4 döyməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Barəsində X7 icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və o, 300 manat məbləğində cərimə olunmuşdur. 31 iyul 2023-cü il tarixdə zərərçəkmişlə arasında olan mülki xarakterli mübahisə ilə əlaqədar Gədəbəy Rayon Məhkəməsi qanunsuz qərar çıxarmışdır. O, bundan əsəbləşmiş və məhkəmə binasından çıxandan sonra zərərçəkmişlə dava etmiş, onu vurmuşdur. Barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 31 iyul 2023cü il tarixdə Gədəbəy Rayon Məhkəməsində Şəxs ona qarşı olan iddia tələbi təmin olunmamışdır. Məhkəmə iclası qurtarandan sonra onlar binadan çıxmış və bu zaman Şəxs onu döymüşdür. İşdə olan X7 Protokol və X8 Haqqında Qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Xəlilov X1 Fuad Şahmar oğlunu döydüyünə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi inzibati məsuliyyətə cəlb edilmiş və 300 manat miqdarında cərimə edilmişdir. İşdə olan X7 Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Novosaratovka kənd sakini Xəlilov X1 Şahmar oğluna dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döydüyünə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manat məbləğdə cərimə edilir və işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətdə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə barəsində X7 icraat aparılan şəxsi və zərərçəkmişi dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, barəsində X7 icraat aparılan şəxs X3 döymüşdür və bununla da, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun il ərzində eyni inzibati xəta əməlini təkrar törətməsini və işin digər hallarını nəzərə alıraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106- 112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli 28 sentyabr 2023-cü il tarixdən, saat 1250-dan hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar