Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-35/2024 14.03.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X6 və qərarından şikayət verilən şəxs Azərbaycan Respublikası Rəqəmsal X9 Nazirliyinin Tabeliyində Azərbaycan X2 Gəncə Regional İdarəsinin nümayəndəsi X1 iştirakları ilə X3 Azərbaycan X2 Gəncə Regional İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan X2 Gəncə Regional İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində olan İXM-nin 322.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 məhkəmə iclasında şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki,o, Gədəby rayonun, Slavyanka kəndində qeydiyyatda olmasına baxmayaraq, Gədəbəy rayonu, Qaradağ kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Özünə məxsus “Ford” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtobusla Gəncə-Gədəbəy marşrutu üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Sərnişin daşıma ilə bağlı bütün sənədləri qaydasındadır. O, Azərbaycan Respublikası İXM-nin 322.0.1-ci maddəsi ilə 50 manat cərimə edilmişdir. O, cərimə edilməsini icra məmuru ondan cəriməni ödəməyi tələb edərkən bilmişdir. O, qərardan narazıdır. Qərar qanunsuzdur. Ona görə də, şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Azərbaycan X2 Gəncə Regional İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, X6 09 yanvar 2024-cü il tarixdə ona təhkim edilmiş Gədəbəy-Gəncə marşrutundan, avtovağzaldan kənara çıxmaqla Gəncə şəhəri ərazisində sərnişin daşıdığına görə Azərbaycan X2 Gəncə Regional İdarəsinin 26 yanvar 2024-cü il tarixli qərarı ilə 50 manat məbləğində cərimə olunmuşdur. Qərar qanunidir. Ona görə də, X3 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan inzibati tənbeh vermə haqqında ******* nömrəli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 322.0.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinmiş və ona 50 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 322.0.1-ci maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların müəyyən edilmiş hərəkət cədvəlinə və ya hərəkət sxeminə riayət olunmamasına, o cümlədən müntəzəm şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə daşımalar zamanı başlanğıc, aralıq və son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda olmasına əlli manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, şikayətçi tərəfindən inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün sübutlar təqdim edilməmişdir. Yəni, inzibati tənbehvermə haqqında qərar qanunidir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-35/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-35/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver