Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-350/2023 02.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1983-cü ildə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, xəstəliyə görə pensiya alan, orta təhsilli, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında materialdan görünür ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X6, X2 və Şəxs tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış həmin su anbarı bərpa edilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X6, X2 və onun tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış həmin su anbarı bərpa edilməlidir. O, ikinci qrup əlildir və aylıq 320 manat pensiya alır. Himayəsində iki övladı vardır. Övladları məktəblidir. İcra zamanı o yaylaqda olmuşdur. Bundan başqa icra hərəkətləri zamanı o iştirak etməmişdir. İcra sənədinin icrasına heç bir maneçilik törətməmişdir. Firudin Quliyev ondan şikayət etdiyinə görə barəsində protokol tərtib edilmişdir. Qətnamənin icrasına etirazları yoxdur. Lakin onların da sudan istifadələri üçün şərait yaradılmasını istəyirlər. Müdafiəçisi Vəkil məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qətnamənin icrasına hər hansı maneçilik yaratmamışdır. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X6, X2 və Şəxs tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış həmin su anbarı bərpa edilməlidir. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borclu Şəxs icra zamanı iştirak etməmiş, digər borclular X6 və X2 iştirak etmişdir. borclular X6 və X2 qətnamənin icrasına maneçilik törədir. Borclu Şəxs icra zamanı iştirak etmədiyinə və onun çağırışlarına gəlmədiyinə görə barəsində protokol tərtib etmişdir. Odur ki, borclu Şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. X1 məhkəmə iclasında bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X6, X2 və Şəxs tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış həmin su anbarı bərpa edilməlidir. O, icra sənədi üzrə tələbkardır. Gədəbəy rayonu, Kərimli kəndində yaşayır. Borclu qonuşu kənddə yaşayır. Borclu yaylaqdan gəlib su mənbəyində olan tunbaları dağıdıb gedir. Qətnamənin icrasına maneçilik törədir. Ona görə də, barəsində tədbir görülməsini xahiş edirəm. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında materialla müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 521/2021 saylı qətnaməsinə əsasən, Gədəbəy rayonu, İnəkboğan kənd ərazisində olan “Yeddi evlər” adlanan ərazidə yerləşən su anbarına cavabdehlər X6, X2 və Şəxs tərəfindən edilən hər cür maneələrə son qoyulmalı və dağılmış həmin su anbarı bərpa edilməlidir. İcra hərəkətləri zamanı borclu Şəxs iştirak etməmiş və qətnamənin icrasına hər hansı maneçilik törətməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs borclu Şəxs barəsində icra yerində iştirak etmədiyinə və çağırışlarına gəlmədiyinə görə barəsində protokol tərtib etdiyini bildirsə də, Şəxs icra yerində olması və vaxtı barədə məlumat verilməsini təsdiq edən sənədlər inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Eləcə də, bu hal Şəxs qətnamənin icrasında qərəzli olaraq boyun qaçırması və ya qətnamənin icrasına hər hansı maneçilik yaratması kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-350/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-350/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver