Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-352/2023 13.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, qərardan şikəyət verən şəxs X2 iştirakı ilə, X2 Şəmkir Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, idarə etdiyi avtomobillə Şəmkir rayonunda hərəkət edərkən işıqforun qırmızı işığı yandığı üçün yol-hərəkət qaydalarına əməl edərək, dayanmışdır. İşıqforun yaşıl işığı yanan zaman maşını hərəkət etdirən zaman YPX-nin əməkdaşları ona saxla əmri vermiş və o da əmrə tabe olub maşını saxlamışdır. YPX-nin əməkdaşları ona maşında telefonla danışmasını bildirmişlər. O, israr etsə də heç bir nəticəsi olmamış və Şəmkir RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respubklikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək və 50 manat inzibati qaydada cərimə edilmişdir.Barəsində olan qərar qanunsuzdur. Bu barədə Şəmkir Rayon Polis Şöbəsinin rəisinə, həmçinin DİN-in 102 Xidmətinə müraciət etmiş, lakin heç bir nəticə əldə etməmiş, 02 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəmkir Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, olar məhkəmə iclasına əməkdaşlarının iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.6-ci maddəsinə əsasən 50 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli X7 Protokoldan görünür ki, X4 barəsində xx.xx.2023-cü il tarixdə “VAZ 21214” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə-əlli manat məbləğində cərimə edilir Məcəllənin 134.1-ci maddəsinə əsasən X7 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X7 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X7 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X7 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X7 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində X7 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X7 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəmkir Rayon Polis Şöbəsi tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də şikayət təmin edilməli, Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-352/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-352/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver