Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-358/2023 05.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anara Möhübət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X2, X3 və X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy RPŞ-dən xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Dəyirmandağı kəndində və Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə qəsdən tabe olmaması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inxibati xəta haqqında materiallar daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində aparılan təhqiqatla əladəar polsi əməkdaşları yaşadığı kəndə gəlmiş, onlarla görüşmüş və sərxoş olduğu üçün onlarla müahisə etmişdir. Əməlinə görə peşmandır və üzr istəyir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kənd sakini Şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı o və Gədəbəy Rayon Polis X1 Qrupunun üzvləri Gədəbəy rayonu, Dəyirmandağ kəndinə getmişlər. Orada Şəxs evini axtarsalar da, tapmaqda çətinlik çəkdikləri üçün ona zəng vurmuşlar və Ruslan gəlmişdir. Şəxs gəldikdən sonra polis rəisinin onun işinə baxmamasını bildirmiş və uca səslə nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Rövşən hüseynovun izahatında dediklərini təsdiq edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Gədəbəy rayonu, Dəyirmandağ kənd sakini Şəxs Daxili işlər Nazirliyinin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı o və Gədəbəy Rayon Polis X1 Qrupunun üzvləri Gədəbəy rayonu, Dəyirmandağ kəndinə getmişlər. Orada Şəxs evini axtarsalar da, tapmaqda çətinlik çəkdikləri üçün ona zəng vurmuşlar və o, gəlmişdir. Şəxs gəldikdən sonra polis rəisinin onun işinə baxmamasını bildirmiş və səsini ucaldaraq nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində vətəndaş Şəxs Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasının həyətində və növbətçi hissənin xidməti iş otağının qarşısında uca səslə nalayiq söyüşlər söyərək, ictimai qaydanı və növbətçi hissənin normal iş fəaliyyətini pozmuşdur. Həmin vaxt orada olan polis əməkdaşları vətəndaş Şəxs ictimai qayda və hüquqa zidd hərəkətləri ilə bağlı qanuni izahlar verib, nizam –intizama dəvət etsələr də, Şəxs spirtli içkinin təsiri altında hərəkətlərinə davam etmişdir. Şöbənin iş rejimi 10-15 dəqiqə ərzində pozulmuşdur. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Dəyirmandağı kəndində və Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 3(042)-343/2021 nömrəli qərarından görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və 25 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşdə olan tutulma protokolundan görünür ki, Şəxs 04 oktyabr 2023-cü il saat 20-35 dəqiqədə tutulmuşdur. İşdə olan sərxoşluğun müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Dəyirmandağı kəndində və Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamış, yəni, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 oktyabr iyul 2023-cü il tarix, saat 20:35-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-358/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-358/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver