Məhkəmə qərarları › İş №3(042)-358/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-358/2025

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-358/2025 10.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X4 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakları ilə xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu,Qaradağ kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli,fərdi əməklə məşğul olan, hazırda Gədəbəy rayonu, Qaradağ kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən 28 sentyabr 2016-cı il tarixdən başlayaraq, xx.xx.2008-ci təvəllüdlü Pünhanın, xx.xx.2010-cu il təvəllüdlü Anarın və xx.xx.2014-cü il təvəllüdlü Gülərin yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində hər bir uşağa görə 100 manat olmaqla üç uşaq üçün 300 manat məbləğində alimentin tutularaq iddiaçı X1 verilməsi qərara alınmışdır. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.Borclu borcundan tamda olmasa ödənişlər etmişdir. Ona görə də, onun barəsində yekun qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, ki, Gədəbəy Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən 28 sentyabr 2016-cı il tarixdən başlayaraq, xx.xx.2008-ci təvəllüdlü Pünhanın, xx.xx.2010-cu il təvəllüdlü Anarın və xx.xx.2014-cü il təvəllüdlü Gülərin yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay sabit pul məbləğində hər bir uşağa görə 100 manat olmaqla üç uşaq üçün 300 manat məbləğində aliment tutularaq iddiaçı X1 verilməsi qərara alınmışdır. O, borcundan ödənişlər etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, X5 12 sentyabr 2025-ci il tarixdə 500 manat, 30 noyabr 2025-ci il tarixdə 200 manat, 03 dekabr 2025-ci il tarixdə 90 manat, 24 dekabr 2025-ci il tarixdə 110 manat və 30 dekabr 2025-ci il tarixdə 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan ödənişlər etmişdir. Hazırda onun inzibati məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas qalmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin və X7 inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar