Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-359/2025 27.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən inzibati xəta hadisəsinin törədildiyi yeri müəyyən etmək mümkün deyildir. “Fateh Construction MMC Bakı şəhəri, Heydər Əliyev prospekti, 152,Çinar Plaza ünvanında qeydiyyatdadır. Yəni, işə Gədəbəy Rayon Məhkəməsində baxıla bilməz. Ona görə də protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 110, 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədirlik edən: Fizuli Mirzəqulieyv
Məhkəmə qərarları › İş №3(042)-359/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-359/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver