Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-36/2025 13.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, zərərçəkmiş səxş X1 iştirakı ilə X3 Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki Gədəbəy RPŞ-nin YPXB-nün xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 334.1-ci, 332.1 -ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. O, həmin qərardan narazıdir və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.O, Gədəbəy şəhəri, N.Nərimanov küç ev 21-də yaşayır. xx.xx.2025-ci il tarixdə ona Azərbaycan Respublikası İXM-nin 329.1ci, 334.1-ci, 332.1- ci və 327.2-ci maddələri ilə protokol tərtib edilmişdir. O, həmin vaxtı ötmə əməliyyatı etməmiş, heç bir manevir etməmişdir. Polis əməkdaşları onun maşınını əsasız saxlayaraq, cərimə etmişlər.Həmin vaxtı o, heç bir sipirtli içki qəbul etməmişdir. Nəqiliyyat vasitəsi onun olsa da, onun sürücülük vəsiqəsi olmadığına görə, həmin vaxt başqa şəxs maşını idarə etmişdir. O, qabaq sağ otracaqda əyləşmiş, ancaq maşın ona məxsus lduğuna görə onu cərimə etmişlər. Ona görə də, şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məkəmə iclasında protokolu tərtib etmiş Gədəbəy RPŞ-nin əməkdaşı X6 izahat verərk bildirmişdir ki, Gədəbəy rayonu, Söyüdlü kəndində qurulmuş stasionar postda xidmətdə olmuşdur. Həmin vaxt Gədəbəy rayon sakini X8 sərxoş halda idarə etdiyi avtomobillə stasionar postdan keçərkən, ona saxla işarəsi vermiş və müvafiq sənədləşdirmə aparmışlar. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki X5 Azərbaycan Respublikası İXM-nin 329.1-ci, 334.1-ci, 332.1 -ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, şikayətçi tərəfindən şikayətin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-36/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-36/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver