Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-364/2023 26.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, çoban işləyən, Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyat olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, Müəyyən etdi: Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 2(104)- 1409/2022 saylı icra sənədinə əsasən cavabdeh X3 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 məxsus Gədəbəy rayonu, Söyüdkü kəndində yerləşən 0.27 ha torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən mətbəx və bir otaqdan ibarət yaşayış sahəsindən çıxarılmalıdır. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-421/2023 saylı qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş üzrə tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-600/2023 saylı qərarına əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-421/2023 saylı qərarından Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(042)-421/2023 saylı qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 2(104)-1409/2022 saylı icra sənədinə əsasən cavabdeh X3 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 məxsus Gədəbəy rayonu, Söyüdkü kəndində yerləşən 0.27 ha torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən mətbəx və bir otaqdan ibarət yaşayış sahəsindən çıxarılmalıdır. Onların başqa yaşayış yerləri yoxdur. Borclu onun arvadıdır və hazırda yaylaqdadır. Onların başqa yaşayış yerləri yoxdur. O, iş üzrə borclu deyildir və qətnamənin icrasına hər hansı mane yaratmır. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh X3 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 məxsus Gədəbəy rayonu, Söyüdkü kəndində yerləşən 0.27 ha torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən mətbəx və bir otaqdan ibarət yaşayış sahəsindən çıxarılması qət edilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya icra sənədinin icrası ilə bağlı məlumat verilməsinə baxmayaraq borclu icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Həmçinin borclunun həyat yoldaşı olan Şəxs qərarın icra edilməsinə maneçelik törətmişdir. Ona görə də, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. X1 məhkəmə iclasında izahat verərək, mübahisəli ev Şəxs öz evidir. Şəxs icra sənədi üzrə borclu deyildir. Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli, 2(104)-1409/2022 saylı icra sənədinə əsasən, cavabdeh X3 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 məxsus Gədəbəy rayonu, Söyüdkü kəndində yerləşən 0.27 ha torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən mətbəx və bir otaqdan ibarət yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub-olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs icra sənəd üzrə borclu deyildir. Eləcə də, Şəxs sözügedən icra sənədinin icrasına hər hansı maneə yaratması, həmin maneələrin nədən ibarət olması və sonuncunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilmir. Eləcə də, icra sənədinin icrasından boyun qaçırması ilə bağlı iş üzrə borclu olan şəxsin barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülə bilər. Ona görə də, məhkəmə qeyd edir ki, qeyd edilənlərə əsasən Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlinə bilməz. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-364/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-364/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver