Məhkəmə qərarları › İş №3(042)-366/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-366/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-366/2025 12.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə X1 Gədəbəy Rayon Polis X10 Bölməsinin xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Polis X10 Bölməsinin xx.xx.2025-cü il tarixli TP ******* nömrəli qərarla X2 Azərbaycan Respublikasının İXM-nin 338.5.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy Rayon Polis X10 İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon X13nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, Gədəbəy rayonu, Qaradağ kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə Qaradağ kəndinin ərazisində ona məxsus 4 baş iri buynuzlu heyvan X4 tərəfindən idarə olunan “X14” markalı avtomobil tərəfindən yolun kənarında vurularaq öldürülmüşdür. Hadisə yerinə X12 əməkdaşları gəlmişdir. Həmin vaxt sürücünün sərxoş olması məlum olmuşdur.X12 əməkdaşları zərərçəkən şəxsə bildirmişlər ki, sürücünün sərxoş olması təsdiq olunarsa, sığorta şirkəti dəymiş ziyanı ödəməyəcək, buna görə də sürücünün sərxoş olması məsələsini öz aralarında yoluna qoyacaqlar. X11 Polisi əməkdaşı Rufan Həsənov ona bildirmişdir ki, 1000 manat verərsə, hər şeyi yoluna qoyacaqdır. O, bu məbləği verə bilmədiyi üçün qeyd olunan inzibati tənbeh haqqında qərar tərtib edilmişdir. O, dəfələrlə X12 əməkdaşları ilə əlaqə saxlamış, lakin cərimə olunması barədə ona heç bir məlumat verilməmişdir. Hər dəfə müraciət etdikdə ona yaxın zamanlarda məsələnin düzələcəyi bildirilmışdir. Hesab edir ki, Daxili İşlər Nazirliyinin Gədəbəy rayon X13 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuzdur və ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş X2 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat vermiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı çıxarmış Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşı X5 izahat verərək bildirmişdir ki, o, Elxan İbrahimovdan pul istəməmiş, hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs ayıq olmuşdur. Elxan İbrahimov mal-qaranı müəyyən edilməmiş yerdən keçirdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 izahat verərək, bildirmişdir ki, o da hadisə yerində olmuş, sürücü nəqliyyat vasitəsini böyük sürətlə idarə etmiş, hadisə baş verdikdən sonra sürücünün sərxoş olduğunu görmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilməli, X1 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. İşdə olan Gədəbəy RPŞ-nin vəzifəli şəxsi tərəfindən X2 barəsində çıxarılmış xx.xx.2025-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, şikayət qismən təmin edilməli, Gədəbəy Rayon Polis X10 Bölməsinin vəzifəli şəxsi tərəfindən X2 barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə nəqliyyat vasitəsini idarə etmiş şəxsin həmin vaxt sərxoş olub-olmaması, hadisənin baş verməsində təqsirinin olub-olmaması hallarının araşdırılması üçün Gədəbəy Rayon Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 134 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X1 barəsində Gədəbəy Rayon Polis X10 Bölməsinin vəzifəli şəxsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş əlavə araşdırılma aparılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) Gədəbəy Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar