Məhkəmə qərarları › İş №3(042)-37/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-37/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-37/2025 04.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Kəpəz rayonu Vəli Xuluflu küçəsi, ev 49 yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan X2 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 04 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə tərtib edilmiş X2 protokol məhkəməyə daxil olmuşdur. Barəsində X2 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o,təxminən 5 ildən coxdur ki narkotik vasitələrdən istifadə edir. Şəmkir rayonu, Kür çayının ətrafında olan meşə zolağında gəzərkən çətənə kolu görmüş və kolun yarpaqlarından yığaraq, saxlamış və həmin yarpaqlardan siqaret düzəldib istifadə etmişdir. O, əməlindən səmimi peşmandır və bir də belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, o, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 yanvar 2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gədəbəy RPŞ-nin X1 göndərilmişdir. Həmin Qərardan görünür ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. İşdə olan 04 yanvar 2025-ci il tarixli X2 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X2 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 300 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Şəxs narkomaniyadan məcburi müalicə edilməsi üçün qərar onun yaşayış yeri üzrə Gəncə Şəhər Narkoloji Dispanserinə göndərilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar