Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(042)-377/2023 24.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərdən ibarət material daxil olmuşdur. İşin icraata götürülməsinin mümkünlüyü məsələsini yoxlayarkən müəyyən olunmuşdur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-625/2017 saylı icra sənədinə əsasən, Şəxs 21 aprel 2017-ci il tarixdən başlayaraq, 24 mart 2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq X5 verilməli, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-460/2023 saylı icra sənədinə əsasən Cavabdeh Şəxs 30 mart 2023-cü tarixdən başlayaraq, 18 avqust 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat aliment tutulub iddiaçı X1 verilməlidir. 2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə, 2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Məhkəmə edir ki, icra məmuru tərəfindən borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmaması, izahatında Şəxs əlilliyinə görə pensiya aldığını və hər iki aliment borcu üzrə pensiyasından tutulmalar olduğunu bildirsə də, Şəxs orqanizmin funksiyalarının neçə faiz pozulmasına görə əlilliyinin olması, pensiyasının miqdarı və aliment borclarının pensiya məbləğinin nə qədər hissəsinə yönədilməsi barədə inzibati xəta haqqında materiala hər hansı sənəd əlavə edilməmiş, eləcə də, borcluya ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq protokola əlavə edilsə də, həmin bildiriş və xəbərdarlığın borcluya göndərilməsini və ya ona çatmasını təsdiq edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-625/2017 saylı icra sənədi uzun müddətdir ki, icra mərhələsində olmasına baxmayaraq borclunun barəsində hər hansı digər məcburi icra tədbirləri görülməmiş, icra sənədi verildiyi tarixdən indiyədək borcludan yalnız bir dəfə - xx.xx.2023-cü il tarixdə izahat alınmış, vaxt verilmədən həmin gün inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən borclunun icra sənədlərinin icrasından qərəzli olaraq yayınması qənaətinə gəlinməsi mümkün deyildir. Ona görə də, materiala dərhal baxılması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış inzibati xəta haqqında material natamam olduğundan, onun tamamlanması mümkün olmadığından Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-377/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(042)-377/2023
24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver