Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-38/2021 30.03.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonunun Novosaratovka kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4295/2019 saylı icra sənədinə əsasən, Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 320 manat aliment alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəyəcəyinə söz vermiş, ona vaxt verilməsinə baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-38/2021 saylı qərarı ilə (hakim: F.Mirzəquliyev) iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan icra məmuru X2 və Zərərçəkmiş şəxs şikayət vermiş, şikayətdə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-38/2021 saylı qərarının əsassız olduğuna görə ləğv edilməsini və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(104)-80/2021 saylı qərarı ilə şikayətlər qismən təmin edərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-38/2021 saylı qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün Gədəbəy rayon Məhkəməsinə qaytarılmasını qərara almışdır. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4295/2019 saylı icra sənədinə əsasən, ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 320 manat aliment alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. O, qəza keçirmiş və əmək qabiliyyətini müvəqqəti itirmişdir. Həmin vaxtlarda icra məmurunun çağırışlarına üzürlü səbəbdən gələ bilməmişdir. Hazırda müalicəsi davam etdirilir. Sağaldıqdan sonra aliment borcunu ödəyəcəkdir. O, qəzadan əvvəl aliment borcunun ödməmişdir. Ona görə də, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4295/2019 saylı icra sənədinə əsasən, Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 320 manat aliment alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin aliment könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o aliment borcunu ödəyəcəyinə söz vermiş, ona vaxt verilməsinə baxmayaraq borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən aliment borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Bununla əlaqədar borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-38/2021 saylı qərarı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan o və Zərərçəkmiş şəxs şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(104)-80/2021 saylı qərarı ilə şikayətlər qismən təmin edilərək Gədəbəy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(042)-38/2021 saylı qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün Gədəbəy rayon Məhkəməsinə qaytarılmasını qərara almışdır. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şahid Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4295/2019 saylı icra sənədinə əsasən, Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 320 manat aliment alınaraq, ona verilməlidir. Borclunun 1600 manat borcu qalmışdır. O, pulun tam şəkildə ödənilməsini istəyir. Odur ki, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs oğlu Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-4295/2019 saylı icra sənədini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs oğlunun icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və bunu inzibati məsuliyyətdən müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, xəstəliyini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-38/2021
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-38/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver