Məhkəmə qərarları › İş №3(042)-38/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-38/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-38/2023 06.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gədəbəy rayonunun Moruxlu kəndində yaşayan X7 barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Gədəbəy Rayon Polis X1 barəsində xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah patronları aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verərək, bildirmişdir ki, həmin silahın patronları Şəmkir rayonunun Atabəy və Gədəbəy rayonunun Moruxlu kəndinin arasında yerləşən dağda heyvan otararkən tapmışdır. O, həmin patronları evə gətirmiş, özünə məxsus ov silahı olmamışdır. Bundan sonra polis əməkdaşları partonları ondan götürmüş və polis şöbəsində araşdırma aparmışlar. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə sənədi olmadan mülki silah patronları aşkar edilmişdir. İşdə olan Cinayət İşinin Başlanılmasının Rədd edilməsi Haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, Gədəbəy rayonunun Moruxlu kənd sakini X2 götürülmüş 19 ədəd Zuber markalı, 1 ədəd Sterling markalı 16 kalibirli ov tüfənginə aid patronların Gədəbəy Rayon Polis X3 saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə işdə olan sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, X7 müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silahın patronlarını saxlamışdır. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törətmişdir. Ona görə də X7 Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinməli, 19 ədəd Zuber markalı, 1 ədəd Sterling markalı 16 kalibirli ov tüfənginə aid patronlar müsadirə edilməklə ona inzibati cərimə növündə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117, 128 və 130-cu maddələrinin rəhbər tutaraq, QƏRARAALDİ: X7 Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin, 19 ədəd Zuber markalı, 1 ədəd Sterling markalı 16 kalibirli ov tüfənginə aid patronlar müsadirə edilməklə ona səksən manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar