Məhkəmə qərarları › İş №3(042)-38/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-38/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-38/2024 15.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil, zərərçəkmiş şəxslər X5 və X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Gədəbəy rayonu, İnəkboğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 14 fevral 2024 -cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərini yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki,o, Gədəbəy rayonu, İnəkboğan kəndində yaşayır. Əvvəllər məhkum olunmuşdur. Əvvəllər yazdığı şikayət ərizəsi ilə əlaqədar araşdırma düzgün aparılmadığı üçün dəfələrlə şikayətlər etmiş, daxili işlər naziri Gədəbəy rayonununa vətəndaşların qəbuluna gələn zaman onun qəbulunda olmuş, şikayətini bildirmişdir. Bununla əlaqədar Gündüz Yusubov onu Gədəbəy Rayon Polis Şöbəsinə izahat verməsi üçün çağırmışdır. O, 14 fevral 2024-cü il Gədəbəy Rayon Polis Şöbəsinə getmiş və izahatı düzgün yazılmadığı üçün izahatın yazılmış yerini xətləmiş, Gündüz Usubovun tələbi ilə otaqdan çıxmışdır. Lakin bir qədər sonra onu yenidən polis şöbəsinə çağırmış və saxlamışlar. O, nalayiq söyüşlər söyməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi çıxış edərək bildirmişdir ki, Şəxs barəsində icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Gədəbəy RPŞ-nin şəxsi heyət üzrə rəis köməkçisi X3 izahat verərək bildirmişdir ki, Şəxs şikayətləri ilə əlaqədar izahat almaq məqsədilə Şöbəyə dəvət etmişdir. 14 fevral 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şöbəyə onun xidməti otağına gəlmiş, o, izahatın başlığını yazmış və mətnini yazmaq üçün ona vermişdir. Şəxs izahatın bir hissəsini yazmış, daha soha izahat blankını cırmış, onu uca səslə nalayiq söyüşlərlə söymüşdür. O, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi otağından çıxarmış, hadisə barədə rəisə məruzə etmişdir. Bundan sonra Şəxs yenidən çöbəyə çağırmışlar. O, yenidən polis əməkdaşlarını nalayiq söyüşlərlə söymüşdür. Ona görə də onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs X5 eyniməzmunlu izahat vermişlər. İşdə olan X4 X2 görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində tutulmuşdur. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2024cü il tarixdə ictimai qaydanı pozması və polisin qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, müdafiəçini və zərərçəkmişləri dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə Gədəbəy Rayon Polis Şöbəsinin rəis köməkçisinin xidməti otağında tərtib olunmuş izahat blankını cırmış, uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş və polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o. Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il saat 16:45-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar