Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-382/2023 06.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti X2 nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti X2 inzibati tənbeh vermə haqqında 28 avqust 2023-cü il tarixli, MN №1065717 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti X2 inzibati tənbeh vermə haqqında 28 avqust 2023-cü il tarixli, MN №1065717 qərarından şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. X5 məhkəmə iclasında şikayəti müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Sona Zeynalova ilə heç bir əmək müqaviləsi bağlanılmamış və o, "xxxx" MMC-də hər hansı işlərə cəlb edilməmişdir. Sona Zeynalova ayrı-ayrı şəxslərin evlərində gündəlik iş tapmaq mədqsədilə tanışları “Park Marketdə” işləyən satıçı qızların yanına gəlmişdir. O, aliment ödəyicisi olmuş, alimenti ödəyə bilmədiyi üçün özünü öldürməyə cəhd etmişdir. Bu barədə onun qardaşı Taleh Rüstəmov xəbər tutmuş və 102 Xidmətinə məlumat vermiş, prokurorluq bu fakt üzrə araşdırma apararkən, qərəzli olaraq onun barəsində qəraralar çıxarmışdır. O, X8 Xidmətinin X6 tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Bu qərar qanunsuzdur. Ona görə də icraata xitam verilməsini xahiş edir. Qərar ona poçtla göndərilməmişdir. Poçt Xəbərnaməsindəki imza ona məxsus deyildir. Qərar ona verildikdən sonra ondan qanunda nəzərdə tutulmuş müddətdə şikayət vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti X2 nümayəndəsi X7 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Prokurorluğunun qərarı ilə X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur.Bundan sonra X5 inzibati araşdırılma aparılması üçün çağırılmış, lakin o, gəlməmişdir. Onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməsi təqdim edilmiş sübutlarla təsdiq edilmiş və onun barəsində 28 avqust 2023-cü il tarixdə 4000 manat inzibati qaydada cərimə edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərar poçtla ona göndərilmişdir. Şikayətçi qərarı 05 sentyabr 2023-cü il tarixdə Xəbərnaməyə şəxsən imza etməklə almış, lakin qərardan qanunda nəzərdə tutlmuş müddətdə şikayət verməmişdir. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki,X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati qaydada cərimə edilmişdir. İşdə olan 10 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan sənədlərlə, o cümlədən, X4 izahatının surətindən gğrünür ki, o, 22 oktyabr 2023-cü il tarixdən 2023-cü ilin dekabr ayına qədər "xxxx" MMC-ə məxsus Park Marketdə satıcı işlədiyini bildirmişdir. İşdə olan şikayətçi tərəfindən təqdim edilmiş Bildirişin surətindən görünür ki, 28 avqust 2023-cü il tarixli qərar ona həmin tarixdə göndərilmişdir. İşdə olan Xəbərnamənin surətindən görünür ki, X5 28 avqust 2023-cü il tarixli qərarı 05 sentyabr 2023-cü il tarixdə özü almışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, X5 Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidməti X2 qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli billinmiş və 4000 manat cərimə edilmişdir. Məhkəmənin qənaətinə görə inzibati araşdırma prosessual normalara uyğun aparılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin əməli törədilməsi sübut edilmişdir. Yəni, qərar qanunidir və onun ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə bu qənaətə gələrkən o halı da nəzərə alır ki, şikayət ərizəsi məhkəməyə 26 oktyabr 2023-cü il tarixdə, yəni, qərardan şikayət etmək üçün nəzərdə tutulmuş müddətdən 01 ay 21 gün sonra verilmiş, şikayət müddəti ötürmüşdür. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 115, 119 və 134-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-382/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-382/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver