Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-384/2023 27.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli , işləməyən, əvvəllər məhkum edilmiş, Gədəbəy rayonu, Arıxdam kəndində yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Xidmətinə zəng vurub operatoru nalayiq ifadələrlə təhqir etməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, evlidir və himayəsində azyaşlı uşaqları var. O, əvvəllər Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək, cərimə olunmuşdur. 26 oktyabr 2023-cü il tarixdə yaşadığı evin həyətində tövlənin yandığını görmüş və DİN-nin 102 Xidmətinə müraciət etmişdir. Həmin vaxt spirli içki qəbul etmiş və spirtli içkinin təsirindən DİN-nin 102 Xidmətinin operatorunu söymüşdür. Daha sonra hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları gələrək, Gədəbəy Rayon Polis Şöbəsinə aparmışlar. O, etdiyi əməldən peşmandır. Odur ki, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Xidmətinə zəng edərək operatorun ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmişdir. İşdə olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Şəxs 26 oktyabr 2023-cü il tarixdə yüngül dərəcəli sərxoşluq olmuşdur. İşdə olan X2 X1 görünür ki, Şəxs 26 oktyabr 2023-cü il tarixdə saat 22:45 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs DİN-nin 102 Xidmətinə zəng vuraraq operatoru nalayiq söyüşlərlə söymüş, ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini tərətmişdir. Yəni, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun əvvəllər Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyini, xətanı sərxoş vəziyyətdə törtədiyini və işin digər hallarını nəzərə alıraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyası həddində həbs inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 05 gün müddətində inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlamanın əvvəli xx.xx.2023-ci il saat 1245-dən hesablansın. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-384/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-384/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver