Məhkəmə qərarları › İş №3(042)-39/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-39/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-39/2024 15.02.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2 və X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Gədəbəy şəhəri, Zərdabi küçəsində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmişdir. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, himayəsində iki azyaşlı övladı var. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə tək spirtli içki qəbul etmişdir. İçkili vəziyyətdə olduğuna görə evdə səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Evdə mübahisələri yarandığına görə bacısı Gülnarə DİN-nin 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları gəlmişdir. O, polis əməkdaşlarını söyməmiş, hər hansı tabesizlik göstərməmişdir. Əməlindən peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy RPŞ-nin sahə rəisi köməkçisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə RPŞ-nin əməliyyat qrupunda olarkən X3 DİN-nin 102 xidmətinə müraciət edərək qardaşı Şəxs yaşadıqları evdə münaqişə yaratdığını bildirmiş və onlar sonuncunun yaşadığı ünvana getmişdir. Həmin vaxt Şəxs yaşadığı evin qarşısında uca səslə sərxoş vəziyyətdə ailə üzvləri ilə mübahisə etdiyini və nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də, Şəxs hərəkətlərini davam etdirərək onların qanuni tələbinə tabe olmamışdır. Ona görə də, sonuncunun barəsində tədbir görülməsi üçün Gədəbəy RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun qardaşıdır. Şəxs içki aludəçisidir. xx.xx.2024-cü il tarixdə Şəxs yaşadıqları evdə spirtli içki qəbul etmiş və onlarla mübahisə etməyə başlamış, uca səslə nalayiq ifadələr işlətmişdir. O, bununla bağlı DİN-nin 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları gəlmiş və Şəxs polis şöbəsinə aparmışdır. Şəxs polis əməkdaşlarını təhqir etməmiş və onlara tabesizlik göstərməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi Samral Nağızadə tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Gədəbəy şəhəri, Zərdabi küçəsində sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:45 radələrində sərxoş olmuşdur. Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq Şəxs polisin qanuni tələbinə tabe olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi, yəni onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması iş materialları ilə sübuta yetirilmir. Eləcə də, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları ilə şəxsin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması müəyyən edilmir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Gədəbəy şəhəri, Zərdabi küçəsində sərxoş vəziyyətdə nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuşdur. Bu fakt barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə təsdiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs cəzası nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşman olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilsin, Şəxs barəsində tərtib edilmiş inzibati qaydada tutma protokolu ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar