Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-395/2025 10.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X3, zərərçəkmiş Zərərçəkmiş şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda Gədəbəy rayonunda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat aliment Şəxs tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlə göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Hazırda borclunun 5400 manat borcu var. Tələbkar borcunun ödənilməsini istəyir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşağin yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat sabit pul məbləğində alment tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.Lakin borclu tələbi tam icra etməmişdir.Ona görə də o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş icra sənədinə əsasən hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat ailment ödəməlidir. O, heç bir yerdə işləmir. Hazırda borcundan heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs icra işi üzrə tələbkar Zərərçəkmiş şəxs qız izahat verərək, bildirmişdir ki, borclunun aliment borcu 5400 manat təşkil edir. Borclu borcunu ödəmir. Borclu yaranmış borcdan ödənişlər edəcəyi barədə dəfələrlə vədlər vermiş, lakin vədini yerinə yetirməmişdir. Bundan başqa, borclu onu ictimai yerlərdə təqib edir. Ona görə də onun həbs edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. X1 məhkəmə iclasında borclunun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs aliment ödənilməsi ilə əlaqədar icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, bununlda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 114.1.1, 115, 117 və 528-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən saat 15-45 dəqiqədən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-395/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-395/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver