Məhkəmə qərarları › İş №3(042)-396/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-396/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-396/2023 01.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, çobanlıqla məşğul olan, hazırda Gədəbəy rayonu, Qumlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 18 dekabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Ramiz oğlundan hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq, iddiaçı X3 verilməsi qət edilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında dəfələrlə bildiriş göndərilmiş, lakin borclu borcundan ödənişlər etməmişdir. Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və könüllü şəkildə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Daha sonra borclu Şəxs barəsində axtarış verilmiş, lakin borclu araşdırmadan yayındığı üçün məhkəmə tərəfindən 02 noyabr 2023-cü il tarixdə borclu tapılanadək inzibati xəta haqqında işin icraatı dayandırılmışdır. 01 dekabr 2023-cü il tarixdə borclu polis şöbəsinin əməkdaşları tərəfindən tapılaraq, məhkəməyə təqdim edilmişdir. Hazırda borclunun yığılmış aliment borcu 1070 manat təşkil edir. Bu vaxtadək borclu heç bir ödənişlər etməmişdir. Ona görə də borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, o evlidir və çobanlıqda məşğuldur. Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 18 dekabr 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 130 manat aliment tutularaq, iddiaçı X3 verilmədir. Hazırda o borcundan heç bir ödəniş edə bilmir. Ona görə də nəzərə alınmasını xahiş edir. İşdə olan Gədəy Rayon Məhkəməsi tərəfindən verilmiş sənədindən görünür ki, 18 dekabr 2021-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 130 manat sabit pul miqdarında aliment alınaraq, X3 verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yəni, borcunu könüllü qaydada ödəməkdən imtina etmiş, çağırışlara gəlməmiş, məhkəmə prosesi zamanı araşdırmadan yayınmış, onu barəsində axtarış elan edilmişdir. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini,maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 01 dekabr 2023-cü il tarixdən, saat 12-30-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar