Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-396/2025 07.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gədəbəy Rayon Polis X9 Bölməsinin əməkdaşı X2 iştirakları ilə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Gədəbəy Rayon Polis X9 Bölməsinin əməkdaşı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan sənədlərdən görünür ki, X1 çilingər vəzifəsində işləyir və onun sürücülük vəsiqəsi yoxdur. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 08 dekabr 2025-ci il tarixdə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı barəsində Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı barəsində Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Gədəbəy RPŞ-nin DYP Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə-fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının sürücüsü xidməti nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Sürücünün bu halı Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinə nəzarət zamanı aşkar edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq hadisə yerində inzibati protokol tərtib edilmişdir. Aparılmış tibbi müayinənin nəticələri, eləcə də protokola əlavə olunmuş digər sübutlar sürücünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini təsdiq edir.Sürücünün qeyd olunan hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsinin dispozisiyasına tam uyğun olmaqla, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Həmin maddəyə əsasən, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığından, bu cür əməllərə görə ağır inzibati məsuliyyət tədbirləri müəyyən edilmişdir.İş üzrə toplanmış sübutlar, sürücünün izahatı, inzibati protokol və digər materiallar birgə qiymətləndirildikdə, sürücünün təqsirinin sübuta yetirildiyi qənaətinə gəlinmişdir. Bundan başqa, nəqliyyat vasitəsini idarə etmiş X4 nəqliyyat vasitələrini idarə etmək hüququ olmamış və ona Kombinat tərəfindən Yol Vərəqəsi də verilməmişdir. Yəni, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı İXM-nin 337.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının barəsində Azərbaycan Respublikasının İXM-nin 337.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Gədəbəy Kommunal Müəssisələr Kombinantı Azərbaycan Respublikası İXM-nin 337.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 4000 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-396/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-396/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver