Məhkəmə qərarları › İş №3(042)-398/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-398/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-398/2023 08.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Tovuz Rayon Yol Nəqliyyat hadisəsi inspektoru Zaur Məmmədovun xx.xx.2023-cü il tarixli, İXP5803519 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Tovuz rayon Yol nəqliyyat hadisəsi inspektoru, polis baş leytinantı Zaur Məmmədovun xx.xx.2023-cü il tarixli, İXP5803519 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, o, kiçik sahibkarlıqla məşğul olur. Ozünə məxsus 375 baş xırdabuynulu heyvanlarını Gədəbəy rayonundan Tovuz rayonu ərazisində yerləşən “Ceyrançöl” qış otlaq sahəsinə aparan zaman 06 markalı avtomobil yüksək sürətlə gələrək asfalt yoldan kənarda olan heyvanlarını vuraraq, bir neçəsini öldürmüşdür.O, məcburiyyət qarşısında qalaraq 102 Xidmətinə zəng vermiş, hadisə yerinə Tovuz Rayon Yol nəqliyyat hadisəsinin inspektoru Zaur Məmmədov gələrək hadisə yerinin foto şəkillərini çəkmişdir O, 30 oktyabr 2023-cü il tarixdə Tovuz Rayon Polis Şöbəsinə getmiş, Zaur Məmmədov ondan izahat almış, ona heyvanlarının asfalt və sement-beton örtüklü yolla aparılmasına görə inzibati xəta törətdiyini bildirmiş və o, 30 oktyabr 2023-cü il tarixdə İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə təqsirli bilənərək 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Barəsində olan qərar qanunsuzdur. Odur ki, barəsində olan 30 oktyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Tovuz Rayon Yol Nəqliyyat Hadisəsi inspektoru Zaur Məmmədova qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Tovuz Rayon Yol Nəqliyyat Hadisəsi inspektoru, polis baş leytenantı Zaur Məmmədovun iştirakı olmadan baxılması mümkün hesab edilsin. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, X2 30 oktyabr 2023-cü il tarixdə İXM-nin 338.5.1 və 338.5.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan 30 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki,X2 barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.5.2-ci maddələri ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına və 338.5.2-ci maddəsinə əsasən mal-qaranın asfalt və sementbeton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, şikayətçi tərəfindən şikayətin əsası kimi istinad edilən hallar sübut edilməmiş, işdə olan sənədlərlə və özünün verdiyi izahatla onun mal-qaranı asfalt örtüklü yolla ötürməsi halı təsdiq edilmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar