Məhkəmə qərarları › İş №3(042)-4/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-4/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-4/2021 01.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin rəisi, X6 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. X4 məhkəməyə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin xx xxxxxxxx 2020ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X4 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o Gədəbəy rayonu Zəhmət kəndində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:05-də Bakı şəhəri Babək prospekti 85A ünvanında yerləşən Modern Hospitalda mədəsini endoskopiya etdirdikdən sonra otaqdan çıxarkən saat 12:10-da xəstəxanada qoruyucu vasitə olan tibbi maskadan istifadə etmədiyi üçün Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin rəisi X6 onu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə etmişdir. O, endoskopiya olunarkən anesteziya olunduğundan həmin vaxt tam özündə olmamış, anesteziyanın təsiri keçmədiyindən hava çatışmazlığı və ürək sıxılması olmuşdur. Ona görə də endoskopiya otağından çıxan kimi dərhal qoruycu vasitə olan tibbi maskanı taxması mümkün olmamışdır. O, Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X1 olan narahatçılığı nə qədər izah etsə də heç bir nəticəsi olmamış və onun barəsində əsassız olaraq MN ******* saylı, xx.xx.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. O, epidemiya əleyhinə rejimin qaydalarını pozmamışdir. O, səhətində olan problemə görə qoruyucu vasitədən istifadə edə bilməmişdir. O, qeyd olunan xüsusatlara əsasən vəzifəli şəxsin barəsində tərtib etdiyi protokolun qanunsuz və əsassız olmasına görə həmin protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsini istəyir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən, inzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 12:10 radələrində Bakı şəhəri Babək prospekti 85A ünvanında yerləşən Modern Hospitalda tibbi qoruyucu maskadan istifadə etmədiyinə görə İXM-nin 211.2-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin rəisi, X6 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 100 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Modern Hospital tərəfindən verilmiş endoskopiya vərəqindən görünür ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə, saat 12:05 radələrində Modern Hospitalda anesteziya olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə xx xxx 2020-ci il tarixli qərarına əsasən;

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə iclasında müəyyən edildi ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:05də Bakı şəhəri Babək prospekti 85A ünvanında yerləşən Modern Hospitalda mədəsini endoskopiya etdirdikdən sonra otaqdan çıxarkən saat 12:10-da xəstəxanada qoruyucu vasitə olan tibbi maskadan istifadə etmədiyi üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X6 onu Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə etmişdir. O, endoskopiya olunarkən anesteziya olunduğundan həmin vaxt tam özündə olmamış, anesteziyanın təsiri keçmədiyindən hava çatışmazlığı və ürək sıxılması olmuşdur. Ona görə də endoskopiya otağından çıxan kimi dərhal qoruycu vasitə olan tibbi maskanı taxması mümkün olmamışdır. İnzibati xətanın anlayışı İXM-in 12-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: inzibati xətanın obyekti, obyektiv cəhəti, subyektiv cəhəti və subyekti. İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada – hərəkət və hərəkətsizlik formasında törədilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Belə ki, hazırki iş üzrə Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən İXMin 211.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda X2 Bakı şəhəri Babək prospekti 85A ünvanında yerləşən Modern Hospitalda tibbi qoruyucu maskadan istifadə etməməsi göstərilmişdir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə saat 12:05-də Bakı şəhəri Babək prospekti 85A ünvanında yerləşən Modern Hospitalda mədəsini endoskopiya anesteziya olunduğundan həmin vaxt tam özündə olmamış, anesteziyanın təsiri keçmədiyindən hava çatışmazlığı və ürək sıxılması olduğuna görə o otaqadan çıxarkən öz sağlamlığını və həyatını qorumaq üçün, normal nəfəs almasını bərpa etmək üçün son zərurət vəziyyətində dərhal tibbi qoruyucu maskadan istifadə edə bilməmişdir. Eləcə də, protokolun tərtib olunması ilə X2 anesteziya olunması arasında cəmi 5 dəqiqə vaxt olmuşdur. Bu qısa müddət ərzində onun səhətində tənəffüslə bağlı problemin olması inandırıcıdır. Bu da onu göstərir ki, X2 əməlində İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 325.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİ:

X2 şikayəti təmin edilsin. Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin inzibati tənbehin verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar