Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-4/2024 18.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X3 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, 01 noyabr 1998-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 09 sentyabr 2015-ci il tarixli icra sənədinə əsasən 21 mart 2011-ci il tarixdə doğulmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq, X1 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə icra sənədi daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş onun barəsində protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında borclu borcunu ödəmək üçün vaxt istəmiş, məhkəmə iclasına fasilə verilmiş, lakin borclu məhkəmə iclasına gəlməmiş, onun barəsində məhkəmə tərəfindən axtarış elan olunması qərara alınmışdır. Borclu 18 yanvar 2024-cü il tarixdə Gədəbəy Rayon Polis əməkdaşları tərəfindən tapılaraq məhkəməyə təqdim edilmişdir.Hazırda borclunun 2590 manat borcu var. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, heç yerdə işləmir.Gədəbəy Rayon Məhkəməsinin 09 sentyabr 2015-ci il tarixli icra sənədinə əsasən 21 mart 2011-ci il tarixdə doğulmuş Şərqiyyənin yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyyə edilməsi üçün sabit pul məbləğində 80 manat aliment tutularaq, X1 verilməlidir. O, dəfələrlə borcundan ödənişlər etmişdir. Onun hazırda 2590 manat borcu var və borcundan heç bir ödəniş edə bilmir. Ona vaxt verilsə borcundan hissə-hissə ödənişlər edəcəkdir. İşdə olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 çıxış edərək bildirmişdir ki, borclu borcundan müəyyən ödənişlər etmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında materiala xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 08 dekabr 2023-cü il tarixdə icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafiəçini və icra məmurunu dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yəni, aliment borcunu ödəməmişdir. Bundan başqa, o, məhkəmə araşdırmasından yayınmış, onun barəsində axtarış elan edilmişdir. Bununla da, o Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 19 yanvar 2024-cü il tarixdən, saat 1250-dən hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-4/2024
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-4/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver