Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-4/2025 07.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən 06 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus su borusunu sındıraraq, 35 manat maddi ziyan vurması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X1 məxsus su borsu onun torpaq sahəsinən kecidyi üçün həmin su borusunun götürülməsi üçün dəfələrlə xəbərdaliq etmişdir.Lakin həmin borunu zərərçəkmiş səxs götürmədyi uçün həmin borunu sindırmişdir. Gədəbəy Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında əməkdaşının iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Gədəbəy Rayon Polis Şöbəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 oktaybr 2024-cü il tarixli qərardan görünür ki, vurulmuş zərərin məbləği 35 manat olduğu üçün Şəxsnın barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İşdə olan 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 28 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə, yəni, 35 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-4/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-4/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver