Məhkəmə qərarları › İş №3(042)-400/2025

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-400/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-400/2025 15.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil,Gədəbəy Rayon Polis şöbəsinin əməkdaşı X1 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan Şəxs barəsində Gədəbəy RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy RPŞ-dən 23 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində ailəsi ilə birlikdə yaşayır. O, 03 aprel 2025-ci il tarixdə ozünə məxsus olan "Hyundai Accent minik" markalı **-OJ-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Söyüdlü kəndindən hərəkətdə olarkən idarəetməni itirmiş, qarşıda hərəkətdə olan "VAZ 21214 minik" markalı avtomobi ilə toqquşma törətmişdir. Nəticədə zərərçəkmişin avtomobilinə zərər dəymişdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Məhkəmə iclasında iş üzrə Gədəbəy Rayon Polis şöbəsinin əməkdaşı X3 izahat vermiş protokolun təmin edilməsini xahiş etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, 23 noyabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmişdir. İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından və onun nəqliyyat vasitəsioni idarə etmək hüququ olmadığına və zərərçəkmişə maddi zərər dəydiyinə görə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş, yol hərəkəti qaydalarını pozmuş, Söyüdlü kəndindən hərəkətdə olarkən, idarəetməni itirmiş, qarşıda hərəkətdə olan “"VAZ 21214 minik" maraklı avtomobillə toqquşma törətmiş, zərərçəkmişə maddi zərər vurmuş, yəni, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də ona sanksiyasında daha ağır tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, yaşını və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərinin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar