Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-407/2023 23.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X4 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Gədəbəy rayonunun Qumlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonunun Qumlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 16 oktyabr 2008-ci il tarixdə doğulmuş X7 və 04 dekabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit miqdarda aliment alınaraq, X1 verilməlidir və alimentin tutulmasının əvvəli 12 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs barəsində axtarış verilmiş və borclu polis şöbəsinin əməkdaşları tərəfindən tapılaraq Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. 16 noyabr 2023-cü il tarixdə borclu Həsənov X6 Rayon İcra və Probasiya Şöbəsinədə izahat verərək, bildirmişdir ki, borcunu bütövlükdə bağlaya bilməməsini bildirmiş və hissə-hissə ödəməsini bildirmişdir. Həmçinin borclu 16 noyabr 2023-cü il tarixdə məhkəmə iclasında borcundan ödəniş etməsi ilə bağlı vaxt istəmiş və məhkəmə iclasını borclunun borcunu ödənilməsi ilə bağlı məhkəmə iclası 23 noyabr 2023-cü il tarixə, saat 12:30-a təxirə salınmışdır. Borclu borcundan ödəniş etməsinə dair vaxt istəməsinə baxmayaraq, borcundan heç bir ödəniş etməmişdir. Hazırda borclunun 13350 manat borcu vardır və zərərçəkmiş şəxsdə borcunun ödənilməsini istəyir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, subaydır və Gədəbəy rayonu, Qumlu kəndində yaşayır. Heç bir yerdə işləmir. Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 16 oktyabr 2008-ci il tarixdə doğulmuş X7 və 04 dekabr 2007-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit miqdarda aliment alınaraq, X1 verilməlidir. O, 16 noyabr 2023-cü il tarixdə məhkəmə iclasında borcunun ödənilməsi ilə bağlı vaxt istəmiş və məhkəmə iclası 23 noyabr 2023-cü il tarixə onun borcunun ödənilməsi bağlı təxirə salınmışdır.O, 23 noyabr 2023-cü il tarixədək borcundan ödəniş etməmiş və bildirmişdir ki, o uşağının saxlanılması üçün tələbkara köməklik edir və buna baxmayaraq əlində heç bir qəbz yoxdur. O, tələbkar ilə razılaşmışdır və tələbkar bir həftə ərzində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gələrək ərizə verəcəkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 çıxış edərək borclu barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi, müdafiəçini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Həsənov X6 Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini əsassız bəhanələrlə yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, onun tələbkarla razılıq əldə etməyə çalışmasını və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehi tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 500 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-407/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-407/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver