Məhkəmə qərarları › İş №3(042)-408/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-408/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-408/2023 13.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 və protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yamnında X8 Xidmətinin Başı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Başı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, X6 əslində Şəxs MMC işləməmişdir. O, yalnız bir neçə gün təcrübə keçib. Lakin iş xoşuna gəlmədiyi üçün əmək müqaviləsi bağlamaqdan imtina edib. O, hazırda ərizə də göndərib ki, Şəxs MMC-dən şikayət və tələbi yoxdur. Ona görə də Şəxs MMC barəsində inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 izahat verərək, bildirmişdir ki, X3 şikayət ərizəsi əsasında araşdırılma aparılmış və müəyyən edilmişdir ki, o, əmək müqaviləsi bağlanılmadan 18 iyul 2023-cü il tarixdən 10 sentyabr 2023-cü il tarixə qədər Şəxs MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bundan sonra ona heç bir əməkhaqqı vermədən işdən çıxarıldığını bildirmişlər. Onun şikayəti ilə əlaqədar araşdırılma aparıldığı müddətdə X3 zəhməthaqqısı ödənilmiş və o, yenidən müraciət edərək, əməkhaqqısı ödənildiyi üçün araşdırılma aparılmasının dayandırılmasını xahiş etmişdir. Ona əməkhaqqı ödənilməsi də təsdiq edir ki, o, əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bundan başqa, Şəxs MMC-nin direktoru X5 vəzifəli şəxs kimi bu inzibati xəta əməlinin törədilmsəinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, 4000 manat miqdarında cərimə edilmişdir. Ona görə də Şəxs MMC barəsində inzibati tənbeh qərarının çıxarılmasını xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan sənədlərdən görünür ki, X6 əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş, işdən azad edildikdən sonra ona əməkhaqqı verilməmiş, bununla əlaqədar o, şikayətlər etmiş, şikayətlə əlaqədar araşdırılma zamanı onun əməkhaqısı tam ödənilmiş və o, araşdırılmanın dayandırımasını xahiş etmişdir. İşdə olan 13 noyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs MMC-nin direktoru X5 eyni əmələ görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və ona 4000 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs MMC X4 əməkhaqqı ödəmiş və bununla da onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetinə yetirilməsinə cəb edilməsini etiraf etmişdir. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törədilmişdir. Məhkəmə bu nəticəyə gələrkən o, halı da nəzərə alır ki, ŞəxsMMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yamnında X8 Xidmətinin Başı Şəhər İdarəsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə həmin əməlin törədilməsinə görə məsuliyyətə cəlb edilmiş və həmin qərardan şikayət verilməsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədilməsində təqsirli bilinsin və ona 20000 manat miqdarında cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar