Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-411/2023 18.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, qərardan şikəyət verən şəxs X2 iştirakı ilə, X2 Şəmkir Rayon Polis X5 Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, İXP5765255 saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon Polis Şöbəsinin YPX-nin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, İXP5765255 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, 15 oktyabr 2023-cü il tarixdə, saat 15:39 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ21214 minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman Şəmkir şəhərində “Neptun” marketin qabağında ondan irəlidə olan minik markalı maşını ötmüşdür. Şəmkir Rayon Polis Şöbəsinin YPX-nin əməkdaşı onu saxlayaraq yolhərəkət qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilməsini bildirmişdir. O, ötmə əməliyyatının qadağan olması barədə nişanın olmamasını, yol-hərəkət qaydalarını pozmamasını bildirsə də ona 80 manat cərimə olunması barədə qərar çıxarılmış, lakin qərar ona təqdim edilməmişdir. Barəsində olan qərar qanunsuzdur. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəmkir Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasında əməkdaşlarının iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir RPŞ-nin Yol Patrul Xidmətinin inzibati tənbeh verilmə haqqında xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəmkir Rayon Polis Şöbəsinin YPX tərəfindən X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də şikayət təmin edilməli, Şəmkir Rayon Polis Şöbəsinin YPX-nin xx.xx.2023-cü il tarixli, İXP5765255 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Şəmkir Rayon Polis Şöbəsinin YPX-nin xx.xx.2023-cü il tarixli, İXP5765255 saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-411/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-411/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver