Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-412/2023 01.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X2 nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından barəsində inzibati tənbeh tətbiq edilən X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət etmiş və Azərbaycan Respublikası DİN BDYİ-nin xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi X7 şikayət ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, şikayət vermiş şəxsin qardaşıdır. X6 Azərbaycan Respublikası DİN BDYİ-nin xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması təqsirli bilinərək 80 manat məbləğində cərimə olunmuş və həmin inzibati xətaya müvafiq olaraq 3 cərimə balı təyin edilmişdir. İnzibati xəta “VAZ 21214 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə 18 noyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, H.Əliyev Prospekti 17-də törədilmiş, həmin nəqliyyat vasitəsinin istifadəçisi kimi, sonuncu etibarnamə Röyal Səmədzadəyə verildiyinə görə onun adı qeyd edilərək cərimə və bal ona yazılmışdır. Lakin həmin vaxt, yəni 18 noyabr 2023-cü il tarixdə sözügedən avtomobili Röyal Səmədzadə idarə etməmişdir. Belə ki, nəqliyyat vasitəsi həmin vaxt avtomobilin mülkiyyətçisi kimi onun özü tərəfindən idarə edilmişdir. Belə olan halda X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməzdi və hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Həmçinin, o, ümumiyyətlə DİN BDYİ-nin xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə razılaşmır. Hesab edir ki, nə şikayət vermiş şəxsin, nə də onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkbi yoxdur. Belə ki, inzibati xəta əməlinin törədildiyi iddia olunan yerdə (Şəmkir şəhəri, H.Əliyev Prospekti 17-də) Şəmkir-Gədəbəy avtomobil yolu Gədəbəy rayonu istiqamətində svetofora qədər birtərəfli olmaqla iki (sağ və sol) hərəkət zolağından ibarətdir. O, nəqliyyat vasitəsi ilə həmin yerə çatdıqda svetoforun qadağanedici işarəsi yandığından nəqliyyat vasitəsini dayandırmışdır. Svetoforun qadağanedici işarəsi yanması ilə eyni zamanda sağ hərəkət zolağından sağa dönmək üçün icazə olduğundan, o, da arxadan gələn və sağa dönmək istəyən nəqliyyat vasitəsinin hərəkətinə mane olmamaq üçün sol hərəkət zolağında dayanmışdır. Yolun sol hərəkət zolağında həm sola, həm də düzünə hərəkət etmək üçün icazə verən nişanlama xətti çəkilmişdir. O da svetoforun yaşıl işığı yandıqdan sonra düzünə hərəkət etməyə icazə verən nişanlama xəttini əsas götürərək hərəkətini davam etdirmişdir. Həmçinin, svetofordan sonra davam edən yol ikitərəfli olmaqla hər istiqamət bir hərəkət zolağından ibarətdir. Bu səbəbdən o, svetoforun yaşıl işığı yandıqdan sonra hərəkəti davam etdirirək sağa öz hərəkət zolağına çıxmışdır. Məhz həmin vaxt video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə nəqliyyat vasitəsinin şəkli çəkilmiş və məlum inzibati təbeh vermə haqqında qərar çıxarılmışdır. Göründüyü kimi onun, əməlində heç bir inzibati xəta tərkibi olmamışdır. O, yoldakı düzünə hərəkət etməyə icazə verən nişanlama xəttini əsas götürərək hərəkəti düzünə davam etdirmişdir. Odur ki, qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını işdə olan sənədlərlə əlaqəli təhlil edərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan AA1303802 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1991-ci il tarixdə anadan olmuş, hazırda Gədəbəy rayonu, Sarıhasanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan DİN BDYİ-nin xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, “VAZ 21214 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü 18 noyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, H.Əliyev Prospekti 17-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə olunmuş və həmin inzibati xətaya müvafiq olaraq 3 bal təyin edilmişdir. Elektron qərar X6 barəsində qəbul edilmişdir. İş materiallarında olan AD № 997574 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Gədəbəy ryonu, Sarıhasanlı kəndində qeydiyyatda olan X4r. İşdə olan ƏN-V№886462 nömrəli etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan “VAZ 21214 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etməyi X5 xx.xx.2031-ci il tarixədək etibar etmişdir. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci və ya 125.2.3-cü maddələrində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə şikayətə baxılması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsində təsbit olunmuş inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri sayır: Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 1) inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 2) inzibati cərimənin məbləği və ödənilməsi qaydası. Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məcəllənin 122.5-ci maddəsasinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, DİN BDYİ-nin xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, “VAZ 21214 MİNİK” markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü 18 noyabr 2023-cü il tarixdə Şəmkir şəhəri, H.Əliyev Prospekti 17-də əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə olunmuş və həmin inzibati xətaya müvafiq olaraq 3 cərimə balı təyin edilmişdir. Elektron qərar X6 barəsində qəbul edilmişdir. Halbuki, nəqliyyat vasitəsini, avtomobilin sahibi X3 idarə etmişdir. Məhkəmə iclasında şiakyət vermiş şəxsin nümayəndəsi kimi dindirilmiş X7 şikayət vermiş şəxsin göstərdiklərini təsdiq edərək həqiqətən də inzibati xəta törədilən vaxt avtomobilin onun tərəfindən idarə olunduğunu təsdiq etmişdir. Eləcə də məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, inzibati xəta əməlinin törədildiyi iddia olunan yerdə (Şəmkir şəhəri, H.Əliyev Prospekti 17-də) Şəmkir-Gədəbəy avtomobil yolu Gədəbəy rayonu istiqamətində svetofora qədər birtərəfli olmaqla iki (sağ və sol) hərəkət zolağından ibarətdir. X7 nəqliyyat vasitəsi ilə həmin yerə çatdıqda svetoforun qadağanedici işarəsi yandığından nəqliyyat vasitəsini dayandırmışdır. Svetoforun qadağanedici işarəsi yanması ilə eyni zamanda sağ hərəkət zolağından sağa dönmək üçün icazə olduğundan, arxadan gələn və sağa dönmək istəyən nəqliyyat vasitəsinin hərəkətinə mane olmamaq üçün sol hərəkət zolağında dayanmışdır. Yolun sol hərəkət zolağında həm sola, həm də düzünə hərəkət etmək üçün icazə verən nişanlama xətti çəkilmişdir. O da svetoforun yaşıl işığı yandıqdan sonra düzünə hərəkət etməyə icazə verən nişanlama xəttini əsas götürərək hərəkətini davam etdirmiş və sağa öz hərəkət zolağına çıxmışdır. Ona görə də, DİN BDYİ-nin X1 barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şiakyət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 18117731 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-412/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-412/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver