Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-413/2023 21.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonu, Çobankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Çobankənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsinin X12 Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radəlrində Gədəbəy rayonu, İvanovka kəndində həmkəmdlisi X4 məxsus takrtorun şüşəsini daşla vurub sındırması nəticəsində qırılmış şüşənin hissələrinin zərərli nəticələr törətməsinə şüurlu surətdə yol verərək dolayı qəsdlə əhatə olunan hüquqa zidd hərəkətləri ilə X5 burunun sıyrıqları, başın və sol qaş üst nahiyyənin səthi kəsikləri qismində sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qəsdən döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından Gədəbəy RPŞ İstintaq Bölməsinin müstəntiqi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Gədəbəy rayon Polis şöbəsinin X12 Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, zərərçəkmişə dəfərlərlə xəbərdarlıq etmiş ki, traktoru onun qapısına salmasın. Lakin zərərçəkmiş buna məhəl qoymamışdır. Bu zaman o əsəbləşərək zərərçəkmişə məxsus traktorun şüşəsinə daş atmış və şüşə çatlamışdır. Onun atdığı daş nəticəsində traktorun şüşəsi sınmamış, şüşəni zərərçəkmişin özü sındırmışdır. O, zərərçəkmişə hər hansı xəsarət yetirməmişdir. Özünü təqsirli bilmir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə səhər saat 07 radələrində o özünə məxsus traktor ilə Novo-İvanovka kəndində xırman adlanan ərazidə yolu düzəltməyə başlamışdır. Saat 09 radələrində o, yolu traktorla düzəldən zaman həmkəndlisi olan Şəxs sərxoş vəziyyətdə evdən çıxaraq yerdən daş götürərək, traktorun qabaq şüşəsinə daş atmış və şüşə çatlamışdır. Traktordan tez yerə düşmək istəyən zaman Sayəddin ikinci daşı da traktorun şüşəsinə atmışdır. İkinci daş traktorun qabaq şüşəsini sındırmış və onun burnunun üstü və alın nahiyyəsi çapılmışdır. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin X12 Bölməsinin sahə rəisi, X11 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə X1 dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gədəbəy rayonu, Novoivanovka kənd sakini X2 rayon Polis şöbəsinin X12 Bölməsinə ərizə ilə müraciət edərək Şəxs ona məxsus tarktorun şüşəsini qırmasını, bunu nəticəsində ona xəsarət yetirməsini və maddi ziyan vurmasını bildirmişlər, bununla bağlı araşdırma aparılmış, iş üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Gədəbəy rayon Polis şöbəsinin X12 Bölməsinə göndərilməsi qərar alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya ETT X10 Şəxsinin xx.xx.2023-cü il tarixli 439 saylı rəyində göstərilir ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər - burunun sıyrıqları, başın və sol qaş üst nahiyyənin səthi kəsikləri ola bilsin şüşə parçalarının təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər istər birlikdə,istərsə də ayrı-ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir.” İnzibati xəta üzrə iş materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(042)-195/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib 50 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərar alınmışdır. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” Protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:07 radələrində sərxoş olmuşdur. İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün zərərçəkmiş şəxs döyülməli və ya ona sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirilməlidir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 idarə etdiyi traktora daş atmaqla öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, bunu zərərli nətizələr verəcəyini qabaqcadan görmüş belə nəticənin baş verməsinə şüurlu surətdə yol verməklə qəsdən sonuncunun sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı ifadə vermiş şahidlər də Şəxs xx.xx.2023-cü il tarixdə X4 məxsus takrtorun şüşəsini daşla vurmaqla sındırdığını və bunun nəticəsində sonucuya bədən xəsarətləri yetirildiyini bildirmişlər. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və bu, məhkəmə prosesində iştirak edən şəxslərin izahatları və iş materiallarında olan sübutlarla tam təsdiqini tapır. Odur ki, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən, İnzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs inzibati tənbeh tətbiq edilərkən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi və inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. Məhkəmədə Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyəti yüngülləşdirən hər hansı hal müəyyən edilmədi. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 noyabr 2023-cü il tarix, saat 11:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-413/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-413/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver