Məhkəmə qərarları › İş №3(042)-414/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-414/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-414/2023 06.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Gədəbəy rayonu, Çobankənd kəndində yaşayan, Şəxs barəsində Gədəbəy Rayon Polis X2 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Gədəbəy Rayon Polis X4 Polis Bölməsi tərəfindən 29 avqust 2023cü il tarixdə zərərçəkmiş şəxs X1 məxsus taksinin pəncərisini sındıraraq 210 manat ziyan vurması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol 21 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdidirlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Sərxoşluq hallarının tibb müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sərxoşluq müəyyən edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan 21 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 21 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 210 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar