Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-414/2025 14.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, şikayət vermiş şəxs X5 və qərarından şikayət verilmiş 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə X3 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsi tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarla X5 fiziki şəxs kimi Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində İXM-in 257-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 X7 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6 tərəfindən onun Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə 400 (dörd yüz) manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir.O, qərardan narazıdır. Qəbul edilmiş qərar əsassızdır. O, meşə ərazisində malqara otarmamışdır. Qərarı çıxarmış orqan tərəfindən inzibati araşdırma aparılarkən hüquqları pozulmuş, o, dəvət edilməmiş, iş üzrə izahat verməmişdir. Ona görə də, şikayətin təmin edilməsini xahjiş edir. 2 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Gədəbəy rayonu, Arıqıran kənd sakini X5 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda X5 cərimə olunduğu qərardan şikayət vermişdir. Onun şikayəti əsassızdır. Şikayəti təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 257-ci maddəsinə əsasən Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsi tərəfindən X1 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 112-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiə hüququnun təmin edilməsi üçün şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsinin rəisi X6 tərəfindən X3 barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsini tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 X7 və Təbii Sərvətlər idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-414/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-414/2025
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver