Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-415/2023 21.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Gədəbəy rayonun, Sarıköynək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, hazırda Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2263/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol 21 noyabr 2023-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul miqdarında alimentin alınaraq, X2 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında dəfələrlə bildiriş göndərilmiş, lakin borclu borcundan ödənişlər etməmişdir. Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və könüllü şəkildə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Şəxs barəsində axtarış verilmiş və borclu polis şöbəsinin əməkdaşları tərəfindən tapılaraq,təqdim edilmişdir. 21 noyabr 2023-cü il tarixdə borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinədə izahat verərək, bildirmişdir ki, məhkəmə qərarı ilə razı deyildir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədində qeyd edilən borcu işləməməsi ilə ödəyə bilmir. Bu vaxtadək borclu heç bir ödənişlər etməmişdir. Ona görə də borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsində qərar çıxarılarkən o, məhkəmə iclaSLARİNDA İŞTİRAK ETMƏMİŞDİR. Onun anası məhkəmə iclaslarına gəlsə də, ona danışmaq imkanı verilməmuişdir. Ona görə də həmin qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən iki övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay, hər uşaq üçün 170 manat, cəmi, 340 manat sabit pul miqdarında aliment alınaraq, X2 verilməsi qət edilmişdir. Hazırda o heç bir yerdə işləmir və işləməməsi ilə əlaqədar borcundan ödənişlər edə bilmir. Hər ay cəmi, 30-40 manat aliment ödəyə bilər. Bu vaxta qədər aliment ödəməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında çıxış edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və xx.xx.2019-cu il tarixdə doğulmuş Həsənov(Məmmədov) Nihad Elşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay, hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul miqdarında aliment alınaraq, X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, müdafəçini və icra məmurunu dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, yəni, borcunu könüllü qaydada ödəməkdən imtina etmiş, çağırışlara gəlməmiş, onu barəsində axtarış elan edilmişdir. Yəni, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini,maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 21 noyabr 2023-cü il tarixdən, saat 1205-dən hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-415/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-415/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver