Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-419/2023 27.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, 01 avqust 1994-cü il tarixdə Gədəbəy rayonun, Arıxdam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, hazırda Gədəbəy rayonun, Arıxdam kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan X3 materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 03 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tərtib edilmiş X3 protokol 27 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, subaydır və heç bir yerdə işləmir. Gədəbəy rayonun, Arıxdam kəndində yaşayır. “VAZ 2107” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobil babasına məxsusdur. Babası ilə heç bir düşmənçiliyi olmamışdır. O, 25 iyul 2023-cü il tarixdə babası X1 məxsus “VAZ 2107” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobili Gədəbəy rayonun, Arıxdam kəndi ərazisindən özbaşına sürmüşdür. O maşınla hərəkətdə olan zaman Gədəbəy-Şəmkir avtomobil yolunun Arıxdam kəndi ərazisindən keçən hissəsində yolun kənarında olan işıq dirəyini qırmış, işıq dirəyi yararsız hala düşmüş və bunun nəticəsində 2500 manat maddi ziyan dəymişdir. O, törətdiyi əməldən səmimi peşmandır və bir də belə hərəkətlərə yol verməyəcəkdir. Hadisə nəticəsində xəsarət almışdır və hazırda müalicə olununr. Ona görə də barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş edir. Barəsində X3 iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək, Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh verilməsini xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İşdə olan 03 noyabr 2023-cü il tarixli X3 Protokoldan görünür ki, Azərbyacan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində X3 iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona bu maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun hadisə nəticəsində xəsarət almasını və müalicəyə ehtiyacı olmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstəilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 800 manat inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-419/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-419/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver