Məhkəmə qərarları › İş №3(042)-420/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-420/2023

27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-420/2023 27.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi və, qərardan şikayət vermiş şəxs X13 və qərarından şikayət verilən şəxs Qida X2-X11 nümayəndəsi X10 iştirakları ilə, X8 Qida X2-X11 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X13 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qida X2-X11 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X13 şikayət ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayır. Ailəsinin dolanışığını təmin etmək məqsədilə Gədəbəy şəhərində ət satışı ilə məşğul olur. Baytarlıq haqqında qanunvericiliyin tələblərinə tam riayət edir. Buna baxmayaraq, heç bir əsas olmadan Qida X2-X17 tərəfindən İXM-nin 289.0.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmuşdur. O, inzibati araşdırmada iştirak etməmişdir. Barəsində olan qərar qanunsuzdur. Odur ki, barəsində olan 06 sentyabr 2023-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Qida X2-X11 nümayəndəsi X15 izahat verərək bildirmişdir ki, X1 şəhərində ət satmaqla məşğul olur. Azərbaycan Respublikası Qida X2-X18 və Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı baytarlıq-saniteriya ekspertizası aparılmadan ət satışı həyata keçirtdiyinə Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə protokol tərtib edilərək Qida X2-X12 göndərilmişdir. Daha sonra X8 Qida X2-X16 gəlməsi barədə bildiriş göndərilmiş, lakin o gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılaraq 06 sentyabr 2023-cü il tarixdə 600 manat cərimə olunması barədə qərar qəbul edilmişdir.Qərar qanuna müvafiq qaydada tərtib edilmişdir. Odur ki, X8 şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan görünür ki, X13 barəsində 600 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan 14 avqust 2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki,X13 barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, şikayətçi tərəfindən şikayətin əsası kimi istinad edilən hallar sübut edilməmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-in 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar