Məhkəmə qərarları › İş №3(042)-421/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-421/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-421/2023 15.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X11 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Qida X3-X16 etibarnamə üzrə nümayəndəsi X12 iştirakları ilə, Azərbaycan Respublikası Qida X3-X16 inzibati tənbehin verilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X11 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, Azərbaycan Respublikası Qida X3- X21 tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X11 İXM-in 447.0.3-cü maddəsi ilə tərtib olunmuş protokola görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. X18 Azərbaycan Respublikası Qida X3-X16 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində İXM-nin 447.0.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara çıxarılmasını məhkəmədən xahiş etmişdir. X18 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, O, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Dəyirmandağ kəndində yaşayır. Ailəsinin dolanışığını təmin etmək üçün Gədəbəy şəhərində ət satışı fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti ilə əlaqədar qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Buna baxmayaraq heç bir əsas olmadan Qida X3-X22 tərəfindən barəsində onun xəbəri olmadan İXM-in 447.0.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla onun barəsində İXM-in 447.0.3-cü maddəsi ilə (standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) 1300 manat məbləğində cərimə tətbiq etmişdir. O, həmin qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qida X3-X22 ilk növbədə məlum protokolu və qərarı qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət etməmişdir. Yəni, Qida X3-X22 tərəfindən həmin protokol onun iştirakı olmadan tərtib edilmiş, izahatı alınmamış və protokol onun tərəfindən imzalanmamışdır. Həmçinin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən izahatı alınmamış, bununla da iştirakı olmadan əsassız qərar qəbul edilmişdir. Göründüyü kimi, Qida X3-X22 İXM-in qeyd olunan normalarının tələblərinə riayət etməmişdir. Həmçinin onun əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə inzibati xəta tərkibi olmadığı halda Qida X3-X15 əsassız olaraq həmin maddə ilə inzibati məsuliyyətə cəlb etmişdir. O, ət satışı ilə məşğul olarkən heç bir qanun pozuntusuna yol verməmişdir. Belə olan halda hesab edir ki, onun əməlində İXM-in 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Odur ki, həmin maddə ilə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X18 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə oxşar izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbehin verilməsi haqqında qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Qida X3-X16 etibarnamə üzrə nümayəndəsi, X19 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Qida X3-X17 böyük məsləhətçi vəzifəsində işləyir. X2 şəhəri ərazisində ət satışı ilə məşğul olur. Lakin, X18 bununla bağlı X5 qeydiyyata düşməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında X11 fəaliyyət göstərdiyi mağazada yoxlama aparılmış və standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satışı qaydalarını pozması müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı sonuncunun geyim qaydadalarına riayət etmədiyi, soyuducunun olmadığı müəyyən edilmişdir. Ona görə də, X11 barəsində İXM-nin 447.0.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 447.0.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 1500 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan Azərbaycan Respublikası Qida X3-X16 rəisi X8 tərəfindən tərtib edilmiş 21 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun təsdiq edilmiş sutərindən görünür ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində fəaliyyət göstərən ət satışı mağazasında baytarlıq baxışından keçirilmədən, tempuratur rejiminə əməl edilmədən ət satıldığına, işçi tibbi müayinədən keçmədiyinə, dezinfeksiya işləri aparılmadığına görə X11 barəsində İXM-in 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli yoxlamanın aparılması haqqında qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən X11 işlətdiyi ət satışı mağazasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə yoxlama aparılması qərara alınmışdır. İşdə olan Qida X3-X16 22 sentyabr 2023-cü il tarixli yoxlama aktının, 02 oktyabr 2023-cü il tarixli yoxlamanın nəticələri üzrə qərarın və xx.xx.2023-cü il tarixli qida obyetkinə baxışın keçirilməsinə dair aktın surətindən görünür ki, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən X11 işlətdiyi ət satışı mağazasında yoxlama zamanı ət satışının qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatından keçmədiyi (“Qida Təhlükəsizliyi haqqında “ AR Qanunu, maddə 24.1), ət satışını həyata keçirən şəxsin dövrü olaraq tibbi müayinədən keçməsini təsdiq edən müvafiq sənədlərin mövcud olmadığı (“Qida Təhlükəsizliyi haqqında “ AR Qanunu, maddə 24.1), ət satışı mağazasının suni işıqlandırma lampası ilə təchiz olunmaması (“Qida Təhlükəsizliyi haqqında “ AR Qanunu, maddə 24.1), ət satışı mağazasının döşəmə və divarları asan yuyulan materialla təşkil olunmaması (19 saylı KQ, əlavə 2, bənd 2.0.1), ət satışı mağazasının döşəmə və divar səthlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılmaması (19 saylı KQ, əlavə 2, bənd 11.1), ət satışı mağazasında kanalizasiya sisteminin quraşdırılmaması (19 saylı KQ, əlavə 2, bənd 1.9) ət satışı mağazasında əl yuyulması üçün yuma çanağı təşkil edilməməsi (19 saylı KQ, əlavə 2, bənd 1.4.), ət satışı mağazasında su təminatının təşkil olunmaması (19 saylı KQ, əlavə 2, bənd 11.1.), xaricə açılan pəncərələr həşəratların daxil olmamasının qarşısını almaq üçün xüsusi tor təşkil olunmaması (19 saylı KQ, əlavə 2, bənd 2.0.3), ət satışı mağazasında giriş qapısının ağzında dezinfeksiyaedici örtük olmaması (19 saylı KQ, əlavə 2, bənd 4.7.4), satışı həyata keçirilən ət məhsulların soyuducuda saxlanılmaması (Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın 4.5-ci bəndi.), ət satışı mağazasında çalışan şəxs tərəfindən şəxsi gigiyena geyim qaydalarına riayət edilməməsi (19 saylı KQ, əlavə 2, bənd 10.2), ət satışı mağazasında mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunmuş, həmçinin dezinfeksiya işlərinin aparılması üçün müvafiq qurum ilə müqavilənin olmaması (Qida Təhlükəsizliyi haqqında” AR Qanununun 9.1- ci maddəsi) aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X11 icarə əsasında işlətdiyi Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən ət satışı mağazasında standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə İXM-nin 447.0.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında 02 oktyabr 2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X18 İXM-in 447.0.3-cü maddəsi 1500 manat məbləğində cərimə edilmişdir. Qida X3-X16 22 sentyabr 2023-cü il tarixli yoxlama aktına, 02 oktyabr 2023-cü il tarixli yoxlamanın nəticələri üzrə qərara və xx.xx.2023-cü il tarixli qida obyetkinə baxışın keçirilməsinə dair aktın əsasən, Gədəbəy şəhəri, S.Vurğun küçəsində yerləşən X11 işlətdiyi ət satışı mağazasında yoxlama zamanı ət satışının qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatından keçmədiyi (“Qida Təhlükəsizliyi haqqında “ AR Qanunu, maddə 24.1), ət satışını həyata keçirən şəxsin dövrü olaraq tibbi müayinədən keçməsini təsdiq edən müvafiq sənədlərin mövcud olmadığı (“Qida Təhlükəsizliyi haqqında “ AR Qanunu, maddə 24.1), ət satışı mağazasının suni işıqlandırma lampası ilə təchiz olunmaması (“Qida Təhlükəsizliyi haqqında “AR Qanunu, maddə 24.1), ət satışı mağazasının döşəmə və divarları asan yuyulan materialla təşkil olunmaması (19 saylı KQ, əlavə 2, bənd 2.0.1), ət satışı mağazasının döşəmə və divar səthlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılmaması (19 saylı KQ, əlavə 2, bənd 11.1), ət satışı mağazasında kanalizasiya sisteminin quraşdırılmaması (19 saylı KQ, əlavə 2, bənd 1.9) ət satışı mağazasında əl yuyulması üçün yuma çanağı təşkil edilməməsi (19 saylı KQ, əlavə 2, bənd 1.4.), ət satışı mağazasında su təminatının təşkil olunmaması (19 saylı KQ, əlavə 2, bənd 11.1.), xaricə açılan pəncərələr həşəratların daxil olmamasının qarşısını almaq üçün xüsusi tor təşkil olunmaması (19 saylı KQ, əlavə 2, bənd 2.0.3), ət satışı mağazasında giriş qapısının ağzında dezinfeksiyaedici örtük olmaması (19 saylı KQ, əlavə 2, bənd 4.7.4), satışı həyata keçirilən ət məhsulların soyuducuda saxlanılmaması (Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın 4.5-ci bəndi.), ət satışı mağazasında çalışan şəxs tərəfindən şəxsi gigiyena geyim qaydalarına riayət edilməməsi (19 saylı KQ, əlavə 2, bənd 10.2), ət satışı mağazasında mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunmuş, həmçinin dezinfeksiya işlərinin aparılması üçün müvafiq qurum ilə müqavilənin olmaması (Qida Təhlükəsizliyi haqqında” AR Qanununun 9.1- ci maddəsi) aşkar edilmişdir. Qərardan şikayət vermiş şəxs X18 Azərbaycan Respublikası Qida X3-X16 tərəfindən qəbul edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət versə də, fəaliyyət göstərdiyi ət mağazasında standartların və digər normativ sənədlərin tələblərinə cavab verməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X3-Tovuz Regional X1 əməlində İXM-in 447.0.3-cü maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməklə və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən, İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X11 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Qida X3-X16 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X11 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Qida X3-X16 inzibati tənbeh vermə haqqında 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar