Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-429/2023 27.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1962-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında yaşayan Azərbaycan İnterneşnl Mayning Kompani Limited Şirkətinin AR X2 Sahəsində tikinti işləri üzrə nəzarətçi işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə texniki təhlükəsizlik və ya əmək mühafzəsinin başqa qaydalarına riayət edilməməsi və bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması ilə əlaqədar inzibati xəta hqaaında protokol tərtib edilmiş və aidiyyatı üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan İnterneşnl Mayning Kompani Limited Şirkətinin AR X2 Sahəsində tikinti işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Tikinti işləri üzrə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına nəzarət edilməsi ona həvalə edilmişdir. 05 sentyabr 2023-cü il tarixdə X6 təhlükəsizlik və əməyin mühafisə qaydaları haqqında təlimatlandırıldıqdan sonra mədən sahəsində membran işinə göndərilmişdir. İşi yerinə yetirərkən o, səhlənkarlıq etmiş, membranın üstü ilə keçmək istəmiş, sürüşüb yıxılmış və xəsarət almışdır. Mədənin ərazisi böyük olduğuna görə onun özünün hər bir işin görülməsi zamanı bilavasitə həmin yerdə olmaq imkanı yoxdur. Ona görə də barəsində olan icraata xitam verilməsini xahiş edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə texniki təhlükəsizlik və ya əmək mühafzəsinin başqa qaydalarına riayət edilməməsi və bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması ilə əlaqədar tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin X5 əməkdaşlarının tərtib etdikləri Təhqiqat Aktından görünür ki, hadisənin baş verməsində Şəxs nəzarətsizliyi və X3 ehtiyatsızlığı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 tərəfindən verilmiş ekspertiza Rəyindən görünür ki, X1 aşağı baldır oynağının vətərlərinin və əzələlərinin travması xəsarətləri və bu xəsarətlərin sağlamlığa yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir və ona inzibati xəta hadisəsinin törədilmə üsulu, şəxsiyyəti və işin digər halları nəzərə alınmaqla cərimə inzibati tənbehi təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-429/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-429/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver