Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-43/2025 12.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra rəsi X1 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, hazırda Gədəbəy rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla Gədəbəy rayonu, Qasımlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Gədəbəy Rayon Məhkəməsinin 2(044)-1819/2016 saylı xx.xx.2016-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol 12 fevral 2025-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinə daxil olmuşdur. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəsi X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 28 mart 2016-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 29 fevral 2016-cı il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 100 manat, alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsinə almış və icraya yönəldilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Lakin borclu tələbi tam icra etməmiş, hazırda borcu yaranmışdır. Tələbkar borcunun ödənilməsini istəyir. Ona görə də borclu barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında borclu Şəxs izahat verərək bildirmişdir ki, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa görə 100 manat, aliment tutulub, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. O, heç bir yerdə işləmir. Hazırda borcundan heç bir ödəniş edə bilmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Şəxs Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini əsassız bəhanələrlə yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, onun bu vaxta qədər aliment ödəməməsini və işin digər hallarını nəzərə alıraraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 12 fevral 2025-ci il tarixdən, saat 1725-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(042)-43/2025
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-43/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver