Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-430/2023 01.12.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 5117/2022 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 5117/2022 saylı icra sənədinə əsasən, 30 mart 2014-cü il təvəllüdlü X2 və 06 yanvar 2016 cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadə saxlanılmaları üçün 20 iyul 2022-ci il tarixdən başlayaraq cavabdeh X3 iddiaçı X4 xeyrinə hər ay hər uşağa gör 193 manat, cəmi 386 manat sabit pul məbləğind aliment tutulmalıdır. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya aliment borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu aliment borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5117/2022 saylı icra sənədinə əsasən, 30 mart 2014-cü il təvəllüdlü X2 və 06 yanvar 2016 cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadə saxlanılmaları üçün 20 iyul 2022-ci il tarixdən başlayaraq ondan iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. O, heç bir yerdə işləmir. Həmçinin onun səhətində xəstəlik vardır. Gücü çatan qədər aliment ödəyə bilər. Bu gün borcundan 50 manat ödəniş etmişdir və 500 manat da ödəniş edəcəkdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüsynov məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5117/2022 saylı icra əsasən, 30 mart 2014-cü il təvəllüdlü X2 və 06 yanvar 2016 cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadə saxlanılmaları üçün 20 iyul 2022-ci il tarixdən başlayaraq cavabdeh X3 iddiaçı X4 xeyrinə hər ay hər uşağa gör 193 manat, cəmi 386 manat sabit pul məbləğind aliment tutulmalıdır. İcra sənəd Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya aliment borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Eləcə də, bundan əvvəl də borclu barəsində 19 yanvar 2023-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmiş və Gədəbəy rayon Məhkəməsinin eyni tarixli qərarı ilə borclunun borcundan ödəniş etməsi və ödəniş edəcəyi barədə vəd verməsi nəzərə alınmaqla işin icraatına xitam verilmişdir. Lakin, bundan sonraki müddət ərzində borclu müxtəlif vaxtlarda olmaqla ümumilikdə borcundan 200 manat məbləğində ödəniş etmişdir. Borclu könüllü olaraq Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gəlməmiş, barəsində axtarış verilməklə polis vasitəsi ilə icra şöbəsinə gətirilmişdir. Borclunun ümumilikdə 5862 manat məbləğində aliment borcu yığılmışdır. Borclu borcunu ödəməmək üçün müxtəlif bəhanələr gətirir. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədləri üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5117/2022 saylı icra sənədini üzrsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Belə ki, məhkəmə qeyd edir ki, bundan əvvəl də Şəxs barəsində qeyd edilən icra sənədini üzrsüz icra etməməsinə və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə barəsində protokol tərtib edilməklə məhkəməyə təqdim edilmiş və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclunun borcundan 500 manat ödəniş etməsi və qalan borcunun hissə-hissə ödənilməsi barədə məhkəməyə vəd verməsi nəzərə alınmaqla onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin vaxtdan hazırki tarixədək borclu aliment borcundan hissə-hissə olmaqla ümumilikdə 200 manat məbləğində ödəniş etmişdir. Həmçinin borclu Gədəbəy rayon İcra və Probasiya şöbəsinə könüllü olaraq gəlməkdən imtina etmiş, onun barəsində axtarış verilməklə polis vasitəsi ilə icra şöbəsinə gətirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə borclunun uzun müddət ərzində aylıq ödəməli olduğu aliment ödənişinə və yığılmış aliment borcuna görə az bir məbləğ olan 200 manat məbləğində ödəniş etməsini və 500 manat ödəniş edəcəyi barədə vəd verməsini az inandırıcı, heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və belə qənaətə gəlir ki, bu arqumentlər inzibati xəta məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Belə ki, borclu Şəxs hazır ki tarixə xeyli miqdarda aliment borcu yığılmışdır. O, dəfələrlə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə və məhkəməyə icra sənədinin icrası ilə bağlı vədlər vermiş, lakin bu vədlərini icra etməmişdir. Hər dəfə axtarışla icra şöbəsinə gətirildikdən sonra cuzi ödənişlər etməsi isə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. 03 sentyabr 1953-cü ildə qüvvəyə minmiş İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququnun olması müəyyən edilmişdir. Həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin b) bəndinə əsasən, məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası 28-ci maddəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ olması Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına əsasən təsbit edilmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyinə və İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına əsasən məhkəmənin çıxardığı qərarların icra etməməyə görə şəxs qanunla nəzərdə tutulmuş qaydada tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilər. Eləcə də, məhkəmə qərarlarının icra edilməməsinə görə şəxslərin Azərbaycan Respublikasının İXM-nin 528.1 və CM-nin 306.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlamanın əvvəli 01 dekabr 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(042)-430/2023
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-430/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver